Fortigate 60D Hikvision port açmaq

Salam yoldaşlar.

Fortigate 60D firewall-dan Hikvision NVR-a aid portları açmaq istəyirəm. Prosedur üzrə hər şeyi doğru etmişəm. Hər zaman etdiyim kimi Virtual İP yaratmışam və daha sonra İPv4 policy-dən icazələr vermişəm.

Sxemi yazıram. İP-lər şərtidir.

Fortigate 60D – Main gateway / Firewall – 192.168.1.1/24

NVR – Hikvision – 192.168.1.25/24

NAT – NVR üçün sönülüdür.

Portlar – 80/554/443/8000

P.S. İndiyə qədər firevall-dan keçirilmiş bütün portlar işləyir. Hikvision-a aid portlardan başqa.

 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2183 dəfə

Cavablar ( 2 )

  1. Salam,

    Mence sizinnvr-da problem yasanir. Sizi yaxsi olar ki, hemin nvr yerine basqa bir pc  elave edesiz FG-de ve rdp elave edesiniz port siyahisina. orda yoxlayin eger isledise dediyiniz kimi  configleriniz duzdu. Islemedise configi  bolusesiniz.

    • Salam.

      Problem aradan qalxdı. həmin avadanlıq yenisi ilə əvəz edildi və yeni avadanlıqda problem yaşanmadı. Daha sonra yoxlama imkanım olmadı. 

       

      Hər bir halda təşəkkür edirəm köməyiniz üçün.

       

Cavab yazın