Exchange Server 2016 Dynamic Distribution Group Container problemi

Salam,

 

Exchange Server 2016-da Dynamic Distribution Group yaradarkən Active Directory containerlərinə və OU-larına görə filtr edərkən filtr işləmir. Dolayısı ilə ən sadə bu OU içərisindəki userləri qrupa üzv etməli olduğu halda məhz həmin kriteriya yoxmuş kimi davranır. Nədən qaynaqlana biləcəyi ilə bağlı fikir və yardımlarınızı istərdim.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1728 dəfə

Cavablar ( 3 )

  1. Salam zəhmət olmasa istifadə etdiyiniz metodu və kodu bura yazın.

  2. Abid bəy,

    Ehitmal edirəm ki, filter prosesində ola bilsin gözdən qaçan nəsə var. Zəhmət olmasa test config varsa əlavə edin portala birlikdə baxaq.

    Uğurlar,

  3. Salam cavablarınız üçün təşəkkür edirəm.

    Elgüc bəy, eyni vəziyyəti yenidən test mühitdə simulyasiya etdim. Deməli, Exchange serverimdə aşağıdakı kimi istifadəçilər mövcuddur:

    Bunların da bir qismi sales OU-u daxilində digər qismi isə finance OU-u daxilindədir. Müvafiq olaraq f1, f2 və s1, s2 şəklində..

    Yaratdığım dynamic distribution group özü isə bir digər OU daxilində yerləşir

    Dynamic distribution ayarlarında görəcəyiniz kimi mailbox-ı olan istifadəçiləri və həmçinin sales ou-u daxilində yerləşmiş olanları özündə birləşdirməsini istəmişəm.

    Lakin mənə nəticə olaraq s1 və s2 verməli olduğu halda powershelldən də görə biləcəyiniz üzrə bütün mailbox-ı olan istifadəçiləri göstərməkdədir.

    Onu da qeyd edim ki, yuxarı hissədə All recipients types filan etməklə də heç bir şey dəyişmir. Bir digər məqam isə dynamic distribution grouplardan aktiv istifadə etdiyimdən ötürü deyə bilərəm ki, department və ya custom attributelara görə filter edəndə heç bir zaman belə problemlərlə qarşılaşmamışam. Amma container hissəsi ya başqa cür nəzərdə tutulub ya mən düzgün başa düşmürəm, ya da nəsə səhvlik var.

Cavab yazın