Exchange Server 2013

Salam dostlar. Test üçün Exchange Server 2013 qurmuşam. Normalda neçə dənə Mailbox Database yaratmaq lazımdır? Yəni real mühitdə hər departament üçün mailbox database yaratmaq lazımdır, ya yox?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1889 dəfə

Cavablar ( 2 )

  1. Salam ,

     

    MailBox Database yaratmaq üçün birdən çox səbəb ola bilər. Hər şeydən öncə ayrı-ayrı mailbox databaselər üçün fərqli quotalar tətbiq edə bilərsiniz. (Baxmayaraq ki, hər user mailboxda da bunu fərqli etmək olar idarəçilik baxımından default olaraq user-in ayarları aid olduğu mailbox database-dən götürüldüyü üçün quotaları mailbox databasedə tətbiq etmək və istifadəçiləri verilməli olan quotalarına uyğun bu MB databaselərə toplamaq daha məqsədəuyğundur. Məsələn standart istifadəçiləri və menecerləri bu şəkildə ayırd etmək üçün database yarada bilərsiniz)

    Həmçinin müəyyən MB database-in üzvlərinə fərqli səlahiyyətlər tətbiq etmək olar.

    Mailbox database yaratmaq üçün növbəti bir səbəb isə Public folder yaratmaq ola bilər.

    Bundan başqa əgər quracağınız sistemdə DAG istifadə edəcəksinizsə təbii olaraq fərqli digər server üzərində də mütləq şəkildə kopya olacaq MB database yaratmaq məcburiyyətindəsiniz.

    Son olaraq qeyd edim ki, şirkət ehtiyaclarına və vəziyyətə müvafiq olaraq MB database yaratmaq üçün bir çox spesifik səbəb ola bilər. Lakin əgər daxili siyasətlə bağlı xüsusi bir fərqlilik yoxdursa departamentlər üzrə fərqli mailbox databaselərin ayırd edilməsi halına ən azından Standart lisenziya məhsulunda rast gəlməmişəm. Və kiçik bir xatırlatma edim ki, standart lisenziya 5 mailbox database ilə məhdudlaşır.

    • Farid Aliyev / . Dərc edilib:A 22/04/2018 at 10:42 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam.Bir şeyi anlamadim public folder qurulacaqsa MB database sayi nəzərə alınmalıdır?

Cavab yazın