Driver pack solution istifadə etmək məsləhətdirmi?
Salam. Mənim sualım ondan ibarətdir ki, kompüteri format etdikdən sonra driverləri hansi yolla yükləmək məsləhətlidi? Driver pack solution və başqaları yoxsa hər bir driveri oz rəsmi saytından? DRS ilə yükləməyin hansı mənfi-müsbət cəhəti var? DRS ilə yükləyəndə bütün driverlər yüklənir və ilk baxışdan heç bir problem görsənmir, amma sonradan nəsə problemi çıxa bilər? Xahiş edirəm ətraflı cavab verərdiz. Təşəkkür edirəm.
Baxılıb: 3179 dəfə
Cavablar ( 6 )
Salam, Aydın bəy.
Əlbəttə ki, driverləri hər bir vendorun öz rəsmi saytından yükləmək lazımdır. Aşağıdakı 2 məqalədə diver-lərin hardan, necə yüklənməsi haqqında ətraflı məlumat var.
Driver nədir? Niyə, Necə və hardan yükləməliyik?
Hardware ID ilə driverin istehsalçısını və modelini öyrənmək – PCIDatabase.com
Həmçinin Video Dərslikdən də istifadə edə bilərsiniz.
NVidia GeForce 540M drayverinin tapılıb manual və auto-detect üsulu ilə yazılması
Göstərilən hazır driver paketlərindən “mənşəyi bəlli olmayan”, texniki dəstəyi dayandırılmış avadanlıqlarda məcburiyyətdən istifadə edilir.
Hazır drayverlər yükləmədikdə problemlər adətən yüklənmə zamanı özünü büruzə verir. Məsələn, printerin drayverin drayver paketlərindən yükləyirsiniz, çap etmək olur, lakin ikiüzlü çap zamanı problemlə üzləşirsiniz. Və yaxud da Videokart adaptoru işləyir amma tam funksional olmur və s. bu tipli problemlər çıxa bilir.
Ən doğru olanı vendorun özündən endirim quraşdırmaqdır, baxmayaraq ki, daha çox vaxt gedir.
P.S. Cavabı bəyəndinizsə, qiymətləndirməyi, məqalələri paylaşmağı unutmayın.. 🙂
Uğurlar.
Elvin bəy oncelikle geniş ve etrafli melumat ucun teşekkur edirem ve razi qaldim cavablamanizdan.Elə men de bele duşunurdum.DPS ile driver yazilanda Dispetcer Ustroystvada her şey qaydasinda gorsenir ama men de bele duşunurudm ki sonradan problemler olur.Bir daha teşekkur edirem
Təşəkkür edirəm.
Qiymətləndirmək üçün cavabın aşağı hissəsindəki düymələrindən istifadə edin.
İşarələr müvafiq olaraq – Bəyənilsin, Zəif cavabdır, Faydalı cavabdır və Ən yaxşı cavab budur! – olaraq sıralanır.
Qiymətləndirmə nəyə lazımdır?
a) Qiymətləndirmədən müəlliflərin aktivliyi və saytımıza verdikləri fayda hesablanır və prioritetləri təyin olunur;
b) Ən yaxşı cavab seçilən cavab sıralamada ən önə çıxır ki, bu da digər istifadəçilərin bir başa ən uyğun cavabı görmələrinə səbəb olur;
c) Nəhayət, cavab yazan şəxsə mənəvi olaraq stimul olur ki, bu da öz növbəsində gələcək sualları həvəslə cavablandırmağa səbəb olur.
Təşəkkürlər.
Salam. Mən şəxsi təcrübəmdən deyə bilərəm ki, məsləhət deyil.
Ən yaxşısı, rəsmi veb saytından yükləməkdir. Əgər yoxdusa ID ilə devid.info saytında axtarıb ən böyüy ölçülü uyğun driveri yükləmək lazımdır. Əgər sizdə eyni model kompyuter çoxdursa, o zaman Acronis-lə backup çıxardın və diskləri digərinə bərpa edin-təqribən 7 dəqiqəyə sistemi tam yüklənir. Bu zaman sysprep əmrini sistemi kopyaladığınız bütün komplarda verin.
Elvin bey teşekkur edirem cavabiniz ucun.Cox servisde bele edirler tezbazar olmasi ucun.
Heç məsləhət deyil. Şəxsən öz təcrübəm :
Kompyuter parkinda hər bir kompyuter modeli üçün rəsmi saytdan drayverlər yüklənmişəm və müraciət olduqda hazır qovluqdan istifadə olunur.
DPS yalnız hər hansı bir avadanlığın işləmədiyi və rəsmi sayt kömək olmadığı, Google-də avadanlıq kodu üzrə axtarışlar uğursuz olduğu halda istifadə edirəm. (bu da cəmi 2-3 dəfə baş verib)