Domain daxilində olan User-lərə .exe formatında update yollamaq
Hər kəsə salamlar. Belə bir sual vermək istəyirəm ki, daxili şəbəkədə işləyən hər hansı bir app var. Daxili app-dır şirkətə məxsus. Bu app-a support göstərən firma hər 10 gündən bir yeni .exe formatında update göndərir. Group Policydə elə bir Policy sazlamaq mümkündürmü ki .exe olan updateləri bütün userlərə yükləsin? Tək tək kompyuterlərə install etməyə gərək qalmasın.
Baxılıb: 2792 dəfə
Cavablar ( 5 )
Salam.
Bildiyiniz kimi *.exe genişlənməli faylları GPO vasitəsilə deploy etmək təhlükəsizlik məqsədilə mümkün deyil.
Amma(!) https://www.exemsi.com/ – “exe2msi” və bu kimi analoji PT-larla yollarla bunu etmək mümkündür.
Verdiyim linkdəki PT vasitəsilə *.exe faylınızı *.msi fayla “embed” edirsiniz və GPO (Software Distribution) (https://support.microsoft.com/en-nz/help/816102/how-to-use-group-policy-to-remotely-install-software-in-windows-server) vasitəsilə istədiyiniz AD OU-ya tətbiq edə bilərsiniz.
exe2msi sınanılıb və daima özünü doğruldub.
Hörmətlə,
Tural.
Təşəkkürlər Tural bəy dediyiniz yolu yoxlayacam.
Salam Elbəy bəy,
Qeyd etdiyiniz həmin fayıl hər hansı bir yükləməni icra edir ?. Yoxsa sadəcə hər dəfə eyni exe faylının üzərinə kopya olunub dəyişdirilir ?.
Bəli Elgüc bəy yükləmə icra edir. Link yolu ilə yenilənmə exe olaraq göndərilir. Download edirik və o exe faylı bütün kompyuterlərə install etmək lazım olur.
Elbəy bəy,
Tural bəyin dediyi yöntəmdə effekiv yönətəmlərdən birdir. Əlavə olaraq mən şəxsi təcrübəmdə, belə məhdud imkanlarda GPO vasitəsilə exe ni scheduled tasks vasitəsilə ilə çağırıram. Əgər proqram təminatı həqiqətən düzgün paketlənibsə. Bu metodla da deploy etmək mümkündür.
Hörmətlə,