dhcp 169.254 problemi
salam, deməli belə DC-də iki interface var və eyni zamanda routing and remote access role-u quruludu ve public interface -i local interface NAT-lamaq üçün istifadə olunur , eyni zamanda da local shəbəkə üçün DHCP server qurulub ama aşağıdakı kimi göstərir ,
Baxılıb: 2392 dəfə
Bu sual PPPoE Connection Fiber Optic connection məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 18 )
Qeyd etdiyiniz şəkillərdə tənzimləmər doğru görsənir. Son fikirlərimi əlavə etmək istəyirəm.
1. DHCP rolunu ləvğ edin.
2. Sistemi Restart edin.
3. Açıldıqdan sonra hər iki şəbəkə kartını disable edin və yenidən enable edin.
4. CMD üzərində netsh winsock reset əmrini icra edin.
5. Serveri yenidən restart edin.
5. Açıldıqdan sonra aşağıdakı fix it alətini çalışdırın.
http://go.microsoft.com/?linkid=9848640
6. Serveri yenidən restart edib. DHCP xidmətini yenidən aktivləşdirin.
Zəhmət olmasa nəticəni qeyd edərsiniz.
Uğurlar
Salamlar, Zəhmət olmasa ilk öncəDHCP-nin xidmət göstərəcəyi şəbəkə ayağının doğru seçilib-seçilmədiyini və hər interface üçün doğru ip adreslərinin daxil olunduğunu gözdən keçirin.
nezerden kecirdim
DHCP xidmət göstərir hal-hazırda ?. Qeyd etdyiniz şəkildən də görünür ki, hər şey normaldır. Əgər sadəcə ad səhv görəsinrsə DHCP-ni silib (Yəni Consoldan silib) yenidən DHCP Consoldan add edib yoxlaya bilərsiniz?
Salam Ramil bəy,
Zəhmət olmasa, DHCP server yerləşən server üzərində olan NİC`lərin siyahısını və onlarda olan İP sazlamaları təqdim edərdiniz.
Əgər, 2 NİC varsa, Netwrok Connections bölməsinə daxil olun, orada ALT düyməsini sıxın, yuxarıda menyu açılacaq, buradan Advanced, daha sonra Advanced Settings daxil olub, daxildə istifadə etdiyiniz NİC`i yuxarı qaldırın.
Elgüc müəllim dediyinizi eləmişəm bir nəticəsi olmadı, hətta dhcp serveri silib yenidən yazmışam ama nəticə olmadı, Fərhad müəllim, deməli 2 qoşulu NIC var, biri local şəbəkə 10.10.10.0/24 , biri isə USB wifi adapterlə internetə çıxışı olan 192.168.1.0/24 (adi wifi modemin standart ip-si)
Ramil bəy,
O zaman belə bir şey edək. İlk öncə DHCPni silin, sonra müvəqqəti VViFi şəbəkədə olan NİC`i söndürün və kompüteri restart edin.Daha sonra DHCP tənzimləməsi edin. İP`lər normal olduqdan sonra disable etdiyiniz NİC`i yandırın. Əgər, ehtiyac olsa, İPv4-Properties-Advanced-Bindingsdən ayağı göstərin.
Zəhmət olmasa, bütün bunları ardıcıllıqla etdikdən sonra nəticəni bizimlə bölüşün.
Uğur Olsun, İnşAllah!
Sabahız xeyir, deməli ilk olaraq usb wifi adapteri cixartdım, DHCP server role-nu sildim, restar elədim, yenidən DHCP server qurdum, amma DHCP serveri açanda yenə eyni mənzərə ilə qarşılaşdım…
Ramil bəy,
Siz bunları LAB mühitində ya real mühitdə edirsiniz?
Zəhmət olmasa, virtual ya fiziki olması barədə məlumat verin.
Eyni zamanda bu server üzərində olan NİC`lərin məlumatlarını, əgər virtualdırsa, bunların bağlı olduğu virtual NİClər haqqında məlumatları bizə verin.
DHCP Serverdə sizə yuxarıdakı yazıda yazmışdım, Advanced Netvvork`də olan şəkli göndərin və DHCP server`in scope sazlamalarını yerləşdirin.
Təşəkkürlər!
Ramil bəy,
Zəhmət olmasa adsiedit alətində istfadə edərək aşağdakı göstərilən formada şəkli bizimlə paylaşa bilərsiniz ?. Eynilə Netsh DHCP show server əmrini icra edib bizmlə paylaşa bilərisiniz.
Fərhad müəllim, deməli belə, 2 pc (fiziki) biri DC, bir client, client bir başa lan kabeli ilə dc-yə qoşulub, hər bir pc-nin bir ədəd NİC-i var , DC-də sadəcə mən internet üçün usb wifi adapter istifadə eləmişəm…
Elgüc müəllim,
Ramil bəy,
DHCPni unauthorize edib, sonra ümumiyyətlə delete edib, VViFi PCdən ayırıb, yenidən qurulum edə bilərsiniz?
Yuxarıda sizə yazmışdım, zəhmət olmasa NİC`in sazlamalarını bölüşün.
Salam Ramil Bəy, Zəhmət olmasa Siz Dhcp olan serverin adini dəyişib, Dhcpni silib təzədən install edəsiniz.Aşağdaki şəkilədə name hissəsinə diqqət edin.
Qeyd etdiyiniz şəkillərdə tənzimləmər doğru görsənir. Son fikirlərimi əlavə etmək istəyirəm.
1. DHCP rolunu ləvğ edin.
2. Sistemi Restart edin.
3. Açıldıqdan sonra hər iki şəbəkə kartını disable edin və yenidən enable edin.
4. CMD üzərində netsh winsock reset əmrini icra edin.
5. Serveri yenidən restart edin.
5. Açıldıqdan sonra aşağıdakı fix it alətini çalışdırın.
http://go.microsoft.com/?linkid=9848640
6. Serveri yenidən restart edib. DHCP xidmətini yenidən aktivləşdirin.
Zəhmət olmasa nəticəni qeyd edərsiniz.
Uğurlar
cmd emirdə səhvlik var
netsh winsock reset
Alındı Elgüc müəllim, köməyə görə çox sağolun, təşəkkürlər hərbirinizə, minnətdaram…