Cmd Help problemi
Salam. Mən bir müddət bundan əvvəl notebookumda Windows 7 Ultimate(32 bit) ƏS işlədirdim. Amma format eləyəndə Windows 7 Professional(64 bit)-ə dəyişdim. İndi cmd-yə daxil olduqda adi bir help yazıram və ya ipconfig fılan yazıram :”‘help’ is not recognized as an internal or external command, operable program or batch file.” gəlir. Amma color title kimi əmrləri icra edir. Bunun səbəbi nə ola bilər? Təşəkkürlər!!!
Baxılıb: 1593 dəfə
Cavablar ( 3 )
Salam. Bu problem system variables dəyişdikdə yaşanan problemə bənzəyir. Bunun üçün System Properties -> Advanced -> Environment Variables bölməsinə daxil olun system variables bölməsində %systemroot% olmasına diqqət edin. Burada bir neçə dəyər ola bilər. Amma %systemroot% mütləq olmalıdır. Ona görə onu ən əvvəldə əlavə edə bilər sonra ; ilə digər dəyərləri olduğu kimi saxlaya bilərsiniz.
SALAM Cavab üçün təşəkkürlər. yazdığınız yerə daxil oldum amma %systemroot% yox idi.Bəs onu necə elave ede bilərəm?
Buyurun.
System variables-da Path-i tapın. Sonra edit edin, ən əvvələ gedin və ora sadəcə %systemroot%; əlavə edin, sonra OK OK OK. Bundan sonra cmd-də yenidən yoxlayın.