Cisco packet tracerdə switch ios to tftp server upgrade necə edim ?

Deməli çox fikirləşdim heç cürə alınmadı.Sualıda düzgün qoymamışamsa üzür istəyirəm.Çox fikirləçdim necə yazım bilmədim.Əsas məsələ swıtchlə server arasında əlaqə qurmuşam.Hər ikisinə İP vermişəm.Switchdə flash faylini silmişəm və reload eləmişəm.belə ki,switch:   belə bir nə isə gəlib.Yəni switchin rommonuna girmişəm.Orda boot vermək komandası var Onu ardını necə edim bilmirəm.Köməklik göstərin bu proses axiracan getsin

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2755 dəfə

Cavablar ( 6 )

  1. Sabir bəy,

    Çox təəssüf ki siz rommon modda tftp protokolu ilə İOS yükləməyi test edə bilməyəcəksiniz. Packet tracer proqramı sizə bu imkanı vermir.

    Switchlə server arasında əlaqə kəsilməsinin səbəbi isə Switchdə İOS olmamasıdır. Rommon modda tftp ilə İOS  endirilməsi və yüklənməsi ardıcıllığı isə aşağıdakı şəkildə həyata keçirilə bilər:

     

    switch: flash_init

    switch: IP_ADDRESS=1.1.1.1

    switch: IP_SUBNET_MASK=255.255.255.0

    switch: TFTP_SERVER=1.1.1.2

    switch: TFTP_FILE=c2960-lanbase-mz.122-25.FX.bin

    switch: tftpdnld

    switch: boot flash:c2960-lanbase-mz.122-25.FX.bin

     

    Əlavə sualınız yaranarsa, buyurun.

     

    Hörmətlə,

    Rizvan 

  1. Salam ,mən belə başa düşdüm ki ,switchdə İOS yoxdur ,bunu yoxlamaq üçün ,

    switch:dir flash: edib flash-da nə olub olmadığını yoxlayın ,əgər İOS vardısa onda “boot system flash:xxxxx.bin” edib boot edə bilərsiniz ,əgər yoxdursa TFTP ilə ip verib İOS atmaq lazimdır və ya usb disk ilə ,ama son dediklərim çox güman ki adı çəkilən programda yoxdur(dəstəkləmir)

  2. Heç bir bin faylı yoxdur.İndi isə onu geri qaytarmaq istəyirəm.Bildiyimə görə switch:boot ardına nə yazım bilmirəm.TFTP ilə ip verib İOS o nə olan bir şeydir.Ətraflı yaz tətbiq edim Görüm alınacaq.Etdiyim komandalar:

    1.delete flash.ardını bilirsən

    2.reload

    3.switch:boot                             bundan sonra nə yazım bilmirəm

  3. Salam Sabir bəy,

    Bu dediklərinizi packet tracerdə test edirsiniz ? Zəhmət olmasa istifadə edtiyiniz switchin modelini də qeyd edərdiniz.

    Hörmətlə,

    Rizvan

  4. Bəli Rizvan müəllim Cisco packet tracerdə edirəm.Svitch 2960 dır.30

    46

    Bundan sonra boot prosesi lazımdır Ardını bilmirəm.Bu günə qədər tapan olmayıb.Hələ axtarışım davam edir.Birdə reload eliyəndən sonra svitchlə server arsında əlaqə kəsilir.Bu belə olmalıdır.Bunu bilirəm

  5. Sabir bəy,

    Çox təəssüf ki siz rommon modda tftp protokolu ilə İOS yükləməyi test edə bilməyəcəksiniz. Packet tracer proqramı sizə bu imkanı vermir.

    Switchlə server arasında əlaqə kəsilməsinin səbəbi isə Switchdə İOS olmamasıdır. Rommon modda tftp ilə İOS  endirilməsi və yüklənməsi ardıcıllığı isə aşağıdakı şəkildə həyata keçirilə bilər:

     

    switch: flash_init

    switch: IP_ADDRESS=1.1.1.1

    switch: IP_SUBNET_MASK=255.255.255.0

    switch: TFTP_SERVER=1.1.1.2

    switch: TFTP_FILE=c2960-lanbase-mz.122-25.FX.bin

    switch: tftpdnld

    switch: boot flash:c2960-lanbase-mz.122-25.FX.bin

     

    Əlavə sualınız yaranarsa, buyurun.

     

    Hörmətlə,

    Rizvan 

  6. Mən yoxlamışam svitch 2960 avadanlıqında alınır.Belə başa düşdüm ki cisco packet tacer bunu dəstəkləmir.Faydalı məlumatnıza görə çoxsaqolun.

Cavab yazın