Cisco CCNA Security 210-260 imtahanına hazırlıq.

Cisco CCNA Security 210-260 imtahanına hazırlıq.

Salam dostlar,

İlk öncə məlumat verim ki, Cisco CCNA Security 210-260 imtahanına hazırlaşanmaq istəyənlər bu linkdən imtahanın blue print-i ilə tanış ola bilər.

Bu imtahana hazırlıq üçün bir çox materiallar var.  Bu materiallardan OFG book, 31 Days Before Your CCNA Security Exam book, Cisco CCNA Securtiy 210-260 Complete Video Course və s.

Ancaq bu offical materiallardan istifadə etməyimizə baxmayaraq təqdim olunan mövzuların əhatəliyi imtahanı keçməyə yetərli olmur. Bu məlumatı hardan bilirsən?-Deyə düşünəcək olsanız-

İmtahan üçün bütün hazırlıqları gördükdün sonra, qeydiyyatdan keçmədən əvvəl kiçik bir araştırma etdim. İmtahanda iştirak edən insanların forumlarda yazdıqlarını və təcrübələrini araşdıraraq belə bir nəticə əldə etdim. İnsanlar Cisco Offical Book-un çox yetərsiz olduğunu və imtahandan keçənlər isə ilk imtahan cəhtində kəsildiklərini bildirirlər. Bir neçə cəhtdən sonra keçənlərin faiz çoxluğu üstünlük təşkil edir.

Eyni zamanda imtahandan keçmək üçün istifadə etdikləri və topladıqları materialları paylaşırlar.

Bundan əlavə The Cisco Learning Network Community -Security qrupu altında sorğuda başlatmışam.

Uzun sözün qısası:

Burda sorğu başlatmaqda məqsədim; İmtahana hazırlaşan insanlarla məlumat paylaşmaq və imtahandan keçənlərinin imtahan təcrübəsini bizimlə paylaşmasıdır.

İmtahan üçün siz hansı materialardan istifadə edirsiz?

Bizimlə paylaşa biləcəyiniz materialınız varmı?

Forumlardan və insanların public paylaşdığı dəyərli materiallar  sayəsində, aşağıda olan kurs materiallarını artıq toplamış və bəzilərinidə ödənişlə almışam. Oxuyub istifadə etməkdəyəm.

1.CCNA Security 210-260 Official Cert Guide

2.31 Days Before Your CCNA Security Exam: A Day-By-Day Review Guide for the IINS 210-260 Certification Exam

3.Cisco CCNA Security 210-260 Complete Video Course

4.Cisco press network security ilə bağlı materialları

5.Cisco CCNA Security 210-260 IINS CBT Nuggets Video Course

6.INE, Cristian MateiCCNA Security Technology Course: 210-260 IINS

7.Brandon Carroll – Security Concepts for CCNA Security (210-260) IINS

8.Network Security For Dummies (2017)

Sadəcə əldə olan materiallardan əlavə olaraq lab -> CCNA Security Lab Manual Version 2

Sonra Offcial NetSim (LAB simuliator) imtahana hazırlıq üçün platformalarda varki bunlarda çox vacibdir və ödenişlidir.

Ortaq almaq istəyən olsa fikrini paylaşsın yə ya kimsdəsə varsa bu labları bizimlə paylaşsın.

Bu imtahana aylardır  vaxt sərf etməyimə baxmayaraq material çoxluğu getdikcə artır. Hər dəfə bu materilları öyrənməyə cəht edirik. Bilirəm ki, imtahana hazırlaşanlar bu çətinliklərlə üzləşirlər. Ümid edirəm ki, çəkinlən zəhmət boşa getməz və hər kəs imtahandan uğurla keçər!

Səs: +20. Bəyənilsin Zəifdir

Baxılıb: 5327 dəfə

Cavablar ( 2 )

  1. Salam Jalal bəy

    hal-hazırda məndə bu imtahana hazırlaşıram, qeyd etdiyiniz materiallarin 1,5,6 ilə hələki məşqul oluram ama lab tərəfdən məndədə bəzi çətinliklər olur Gns3 və UnetLab simulyatorlarından istifade edirəm amma onlarda  bəzi funksyaları dəstəkləmirlər

  2. Salam Farid bəy,

    Video kurslar üzrə lab işləmək üçün məndə Gns3 və UNL simulyatordan isitfadə etmişəm. Bunların ən uğurlusu və 90% bütün funksiyaları dəstəkləyəni ən nəhayətində CBT nugget videoları içində izah olunan GNS3 1.3.11 versiyasında qurulan lablar olur. Daha ətraflı bu videodan

    23 – Build an ASA GNS3 Topology

    izah olunanları tam etsəniz UNL ehtiyac belə qalmayacaq.

    GNS3 içərisində lab qaldırdıqda AnyConncet, Clientless SSL VPN kimi funksiyaları belə rahatlıqla qura ASDM-dən istifadə edə bilirsiz.

    CCP-dən istifadə üçün real avadanlıqdan isitfadə etmişəm. ACS və İSE dan isitifadə etmek üçün internetdə hazır VM-lar var quraşdırıb isitifadə etmek olur. Bir çoxundan isitifadə etmişəm.

    İmtahana girmədən öncə bu lab-ların işlənməsidə məsləhət görülür. Ortaq almaq istəsəniz xəbər verin. Bir necə adamda olsa kitabı çox ucuz bir şəkildə alıb istifadə edə bilərik. Kimdəsə bu kitab varsa bizimlə paylaşması istəyərdim.

Cavab yazın