CIsco 3650 (24 PoE+) sıfırlama

Salam yoldaşlar.

Əvvəla bayramınız mübarək.

Sualım Cisco 3650 svitçin reset olunması ilə bağlıdır. Qısa olaraq reset edə bilmirəm.

Cisco Froumdan bu məqaləni tapdım. Lakin burada deyilir ki, image lazımdır. Məndə image yoxdur. Boot mode-da olan parametrləri bu məqalədən oxudum. Lakin reset komandası işə yaramadı. Sistem boot olduqdan sonra yenidən username və parol istəyir.

Şəkildə boot-mode komandaları var. nə etməliyəm?

sw1

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1631 dəfə

Cavablar ( 3 )

  1. Salam,

    Bu məqalədə qeyd olunan kimi etməyə çalışın. Eyni model Switch-i həmin məqalənin köməyi ilə reset etmişəm.

    Uğurlar!

  2. Salam bir daha. Problem sən demə comandanı ( SWITCH_IGNORE_STARTUP_CFG=1 ) kiçik hərflə yazmamağım imiş 🙂

    Əlavə olaraq aşağıda Cisco Forum üzərindəki topici paylaşıram. Təşəkkürlər.

    Password recovery with the 3650

Cavab yazın