CCNA V3

    Salam Əziz Dostlar. CCNA v3 imtahanında iştirak edən dostlarımızdan mənə kömək etmələrini xahiş edirəm.Bu şəkildə  CCNA imtahanına əlavə olunan movzular vardır.

v3 update

Götürək məsələn DMVPN. İnternetdə biraz araşdırdım. Sazlanması elə bir kitabdır-). Sizcə yeni əlavə olunan mövzulardan düşən sualların çətinlik dərəcəsi necə olacaq?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2099 dəfə

Cavablar ( 3 )

  1. Salam Cəmil bəy,

    İlk öncə xatırladım ki, imtahan suallarının müzakirəsi icazə verilən hal deyil. Ama Cisconun rəsmi veb saytından istifadə edərək bir qədər fikir mübadiləsi apara bilərik. Göstərdiyiniz konkret mövzuda Cisco rəsmi veb saytında bu cür qeyd olunur:

    https://learningnetwork.cisco.com/community/certifications/ccna/ccna-exam/exam-topics

    4.5 Describe WAN access connectivity options

    • 4.5.a MPLS
    • 4.5.b Metro Ethernet
    • 4.5.c Broadband PPPoE
    • 4.5.d Internet VPN (DMVPN, site-to-site VPN, client VPN

    Burda yalnız həmin sadalanan texnologiyaların izahını vermək tələb olunur. Təbii ki bu o demək deyil ki imtahanda sizə yalnız nəzəriyyə sualları düşəcəkdir. Ehtimal var ki, bu qeyd olunan texnologiyalarının sazlanmasına aid yalnız test sualları düşsün. Ona görə də riskə getməmək üçün maksimal dərəcədə həmin göstərilən texnologiyalar ilə tanış olmalısınız. Daha dərindən isə bu növbəti professional və ekspert səviyyədə test olunacaqdır. Və təbii ki, nə qədər çox bilsəniz sizin xeyirinizədir.

     

    Uğurlar,

    Rizvan Bayramov

  2. Link üçün çox saqolun Rizvan bəy.Faydalı oldu.Yeni əlavə olunan mövzulardan biri –Network programming—.Bu haqda mümkünsə biraz yazın.

    • Salam Cemil bey,

      CCNAv3 OCG-de SDN-in yaxwi izahi verilib. Ingilis dilinde başa duşursuzse, safaribooksonline.com -da tapa bilersiz o kitabi.

      Siz ugurlar,

      A. Amil

Cavab yazın