CCNA sual
Hörmətli Şəbəkə mütəxxəsisləri xahiş edirəm bu sualla baqlı mənə kömək edəsiniz.
The network administrator is asked to configure 113 point-to-point links. Which IP addressing
scheme defines the address range and subnet mask that meet the requirement and waste the
fewest subnet and host addresses?
A.
10.10.0.0/16 subnetted with mask 255.255.255.252
B.
10.10.0.0/18 subnetted with mask 255.255.255.252
C.
10.10.1.0/24 subnetted with mask 255.255.255.252
D.
10.10.0.0/23 subnetted with mask 255.255.255.252
E.
10.10.1.0/25 subnetted with mask 255.255.255.252
Baxılıb: 3281 dəfə
Cavablar ( 14 )
Salam. Sualda bizdən Phoenix routerin LAN-larin soruşur ( digər router və şəbəkələrə baxmayacağıq). Bu routerdə 4 şəbəkə var:
Şəbəkələri “summary” edək. 3 cü – dəyişən oktetə görə hesablanacaq ( Məsələn: 10.4.0.0, 10.4.1.0… ). İki üsulla hesablaya bilərik , sadə və rahat yolu seçək, bitərlə hesablasaq vaxt itirəcəyik, ümumi şəbəkələrin sayından lazim olan şəbəkələri çıxacağıq: 256-4=252 , Subnet Mask belə olacaq: 255.255.252.0 = /22 . 10.4.0.0/22 Cavab: D
Qeyd edək ki, şəbəkədə İnternal EİGRP istifadə olunub. Bu sualın cavablandırılmasında heç bir önəm daşımasa da digər suallarda sənə kömək edə bilər.
Salam əziz qardaşımız. Bu sual bir çox cisco CCNA-yə hazırlaşan fərdləri çaşdıra bilər. Səbəb odur ki, subneting İCND1 hissəsinin ilkin mövzularındandır. PPP (Point-to-Point) isə İCND2 son WAN network olan bölümdə izah olunur. Diqqət edilməsi gərəkən yer bu hissədir.
Sualda bizdən 113 PPP qoşulma tələb olunur. Bu isə router -router arasında olan qoşulma növüdür. Cavabların hər birinə diqqət etsək mask 255.255.255.252 yəni CİDR 30 la qurulacaq əlaqələrdir ki, bu öz növbəsində ip range-dən təssarrüf etmək üçün hər zaman 30 seçilir.
Yuxarda yazdıqlarımdan da aydın olduğu kimi bizdən 113 ədəd subnetə uyğun gələn range soruşulur bu isə öz növbəsində belə hesablanır
B klass subnetingdə yalnız dəyişən hissədəki 1-lər hesablanır
subnet= 2^n n birlərin sayıdır
10.10.0.0/23 —–> dəyişən hissə x.x.11111110.00000000
Cavab: 2^7=128 113<128 113-ə uyğun gələn ən yaxın subnet.
D doğru cavabdır.
Salam
255.255.255.252 yəni /30 – 4 ip address (2 usable, 1 network, 1 broadcast) olan 113 şəbəkə, 452 (113×4) host lazımdır, 113 şəbəkə 64< 113 <128 arasındadir , 64 az olduğudan 128-i götürəcəyik, 128 = 7 bit . 30 – 7 = /23. Host hesablayanda 452 host 256<452<512 aralığındadır, 512=9 bit, 32 – 9 = /23
A və B variantların da istifadə etmək olar amma sualda ən az şəbəkə və host addres soruşduğu üçün D variantı düzgün cavabdır
Əziz Qardaşlar.Çox saqolun.Bu sual tam aydın oldu. Hər ikinizə minnətdaram
Növbəti sualımı yazım-)
The Lakeside Company has the internetwork in the exhibit. The administrator would like to reduce
the size of the routing table on the Central router. Which partial routing table entry in the Central
router represents a route summary that represents the LANs in Phoenix but no additional
subnets?
A.
10.0.0.0/22 is subnetted, 1 subnets
D 10.0.0.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1
B.
10.0.0.0/28 is subnetted, 1 subnets
D 10.2.0.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1
C.
10.0.0.0/30 is subnetted, 1 subnets
D 10.2.2.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1
D.
10.0.0.0/22 is subnetted, 1 subnets
D 10.4.0.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1
E.
10.0.0.0/28 is subnetted, 1 subnets
D 10.4.4.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1
F.
10.0.0.0/30 is subnetted, 1 subnets
D 10.4.4.4 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1
Salam. Cəmil bəy, növbəti sualı yeni sual olaraq yerləşdirin zəhmət olmasa. Həmçinin suala uyğun başlıq yerləşdirin ki, axtarış edən dostlarımız axtardıqlarını tapa bilsinlər.
İlkin bəy,
Çox gözəl və dəqiq izah vermisiniz. Zehninizə qüvvət.
Hörmətlə,
Rizvan Bayramov
Salam. Sualda bizdən Phoenix routerin LAN-larin soruşur ( digər router və şəbəkələrə baxmayacağıq). Bu routerdə 4 şəbəkə var:
Şəbəkələri “summary” edək. 3 cü – dəyişən oktetə görə hesablanacaq ( Məsələn: 10.4.0.0, 10.4.1.0… ). İki üsulla hesablaya bilərik , sadə və rahat yolu seçək, bitərlə hesablasaq vaxt itirəcəyik, ümumi şəbəkələrin sayından lazim olan şəbəkələri çıxacağıq: 256-4=252 , Subnet Mask belə olacaq: 255.255.252.0 = /22 . 10.4.0.0/22 Cavab: D
Qeyd edək ki, şəbəkədə İnternal EİGRP istifadə olunub. Bu sualın cavablandırılmasında heç bir önəm daşımasa da digər suallarda sənə kömək edə bilər.
İzah üçün çox saqolun. Bəs via 10.2.0.2, 6w0d, Serial0/1 -bu nə demək olur?
İnternal EİGRP isifadə olunduqunu necə müəyyən etdiniz?
Təşəkkür edirəm Rizvan bəy, mənim Ağa Hüseynov və Rizvan Bayramov kimi müəllimlərim olub.
Cəmil bəy,
via 10.2.0.2 – bu route informasiyasını hansı routerdən daxil olduğunu göstərir,
6w0d – 6 həftə bundan əvvəl bu route informasiyası daxil olub
Serial0/1 – paketlər lokal routerimizin bu interface-indən göndəriləcək.
Yəni, 10.0.0.0/22 şəbəkəsinə gedən paket routerimiz tərəfindən Serial0/1 interfac-dən 10.2.0.2 yə göndəriləcək.
Hörmətlə,
Rizvan Bayramov
Cəmil bəy ,
Routerlər bir-birinə serial interface vastəsilə qoşulublar: Chentral routerin S 0/1 portu Phoenix routerin S 0/0 prtuna qoşulub. Bu portlara 10.2.0.0/24 şəbəkəsi verilib. 10.2.0.2 də S0/0 portun ipsidir. Yəni 10.4.0.0 şəbəkəsi 10.2.0.2 ipsi ilə S0/1 portuna qoşulub.
Şəbəkədə hansı rout pratakol istifadə olunduğunu “D” hərfindən və “90” Administrativ Distansdan bildim. Bəzilərin burda qeyd edirəm :
90/20514560 deməli burdakı 90 Administrativ Distans bildirir. Bəs 20514560?
Cəmil bəy,
Bu rəqəm EİGRP-nin metrikidir. Hesablanma qaydası: EIGRP Metric = 256*(Bandwidth + Delay)
Əla.Maşallah