Browser-də müxtəlif reklam xarakterli pəncərələr çıxır

Dostlar salamlar,

Son zamanlarda brauzerdə aşağıdakı şəkildə müxtəlif reklam pəncərələri çıxır. Bunu nece aradan qaldıra bilərəm:

Capture

Hörmətlə,

Rizvan Bayramov

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3416 dəfə

Cavablar ( 2 )

  1. Salam, Rizvan bəy.

    Bu problem bilgisayarınıza yüklənmiş “DNS Unlocker” adware-i vasitəsilə yaranıb. Adətən, internetdən yüklənmiş, publisher-i etibarlı olmayan proqramlar vasitəsilə düşür və xəbəriniz olmadan install olunur. Bu reklamlardan “canınızı” qurtarmaq üçün aşağıdakı addımlardan faydalanın.

    1) DNS Unlocker proqramını Uninstall edin. Uninstall zamanı xəta ilə üzləşsəniz Uninstaller proqramlarından istifadə edin. Məs: http://www.revouninstaller.com/

    Əgər siyahıda proqramı görməsəniz digər addımlara keçin.

    2) AdwareCleaner yükləyin və bilgisayarınızı tam axtarış edib, nəticədəki Adware fayllarını silin.

    https://toolslib.net/downloads/viewdownload/1-adwcleaner/

    3) Təmizlənməyindən əmin olmaq üçün Malwarebytes və ya HitmanPro yükləyin və axtarış edin.

    https://www.malwarebytes.org/

    http://www.surfright.nl/en/hitmanpro

    4) Browserin əlavələrini (extension) araşdırın, tanımadıqlarınızı silin və reset edin.

    5) DNS tənzimləmələrinizə diqqət edin, bəzən DNS-ləri dəyişə bilir.

    Vəssalam, beləcə problem həll olunmalıdır.

    Uğurlar.

  2. Salam Elvin bəy,

    Browseri reset etmek işə yaradı. Həll üçün təşəkkürlər.

    Hörmətlə,

    Rizvan Bayramov

Cavab yazın