Blocked because of IPS attack
Salam təcili köməyə ehtiyacım var.Səhərdən bu problemlə məşğul oluram.Modemə restart verirəm.15-20 dəq internet var.sonra heç bir sayt açılmır və şəkildəki yazı çıxır.
Blocked because of IPS
attack An attack was detected originating from your system.Please contact the system administrator
Baxılıb: 1843 dəfə
Cavablar ( 4 )
Bilgisayarınız virus(və ya trojana) bulaşıb böyük ehtimalla. Sizin bilgisayardan hücum edilir böyük ehtimalla. Bu səbəbdən də blok edilirsiz.
Cəmil, Araz düz deyir.
Antivirusu update edib, kompüteri yoxla.
Bunu Safe Mode`da etsən, daha gözəl olar.
Kompüteri yenidən başladırsan F8 düyməsinə sıxırsan, açılan menyudan
Advanced Boot Options buradan isə Safe Mode vvith Netvvorking seçirsən.Sonra Administrator hüquqli istifadəçi ilə daxil olub, bütün kompüteri yoxla.
Bu arada online malvvare, spyvvare ilə də yoxlasan pis olmaz.
Kim tərəfindən (Ya da nə) block edilir?
Salam,
Block olunan sizin sorğulardır, ya sizdəki avadnlıq tərifəndən, ya antivirus və yaxud müraciət etdiyinz ünvan tərəfindən bloklanırısınz. Sistemlərinizi Antiviruslarla scan etsəniz yaxşı olar. Sizin başqa bir sualla müraciət etdiyiniz aşağıdakı keçidin qanyağında da bu problemlərin durma ehtimalı çoxdur.
http://forum.technet.az/index.php?showtopic=443
Şəbəkənizi yaxşı olar ki dərindən analiz edəsiniz. Wiresharkla həmin komputerdə paketləri ümumi analiz edin, əgər paket axımı hədsiz dərəcədə çoxdursa demək ki, komputerdə virus-trojanla bağlı ciddi problem var. Ola bilər ki, bu proqram düzgün fikir verməz. Ən gözəl metod sistemi update etmək və antiviruslar vasitəsi ilə scan etməkdir.
Uğurlar