Bİr çox saytlar açmır

Salam hərkəsə məndə bir problem var əməliyyat sistemim xp sp3 dür.qoyduğum linkdə videosunu çəkmişəm baxa bilərsiz,bir çox saytları açmır.

https://youtu.be/qswLaJY12tM

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1625 dəfə

Cavablar ( 2 )

  1. Salam Faiq bəy. Yaxşı olardıkı Siz Windows XP ƏS məhsulundan imtina edəsiniz, çünki artıq Microsoft da bu məhsula xidməti dayandırıb. Windows 7 ƏS-in yazaraq daha rahat şəkildə işləyə bilərsiniz. Probleminizə gəlincə, daha ətraflı məlumat versəydiniz kömək etməyə çalışardıq. Nədən sonra bu problem yaranmışdır? İnternet provayderinizlə danışmısınızmı? Kompüterinizdə antivirus proqramı varmı? Başqa İnternet browser-lə yoxlamısınızmı? İnternet Explorer-in bütün nastroykalarını reset-ləyib (sıfırlayıb) yoxlayın. Başqa kompüterdə internetinizi yoxlamısızmı? Belə vəziyyətdə suallar çox olur.

Cavab yazın