BIOS parolu resetləmək

Salam!

BIOS parola düşüb ancaq bir çox vasitələrdən istifadə olunub amma paroldan çıxmır (master parola düşüb)! BOİS-u yenidən proqramlamaq (flash etmək) üçün neyləmək lazımdır???

Təşəkkürlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3625 dəfə

Cavablar ( 4 )

  1. BIOS-un parolunu dəyişmək üçün həm notebook həm də masa üstü kompüterlərdə istifadə etdiyim metod: saat (CMOS) bataryasını çıxarıb təkrar taxmaq olub. Amma bu həmişə işə yaramır.
    Bəzən bataryanı çıxarıb bir neçə dəqiqə gözləməli olursan,
    Bəzən bataryanın yanında jumper olur, onu çıxarıb digər ayağa taxmalı olursan yaxud jumper olmur ayaqlar olur, onları qısa qapanma edib ayırmaqla resetləmək olub.
    Bəzəndə bunların heç biri bir işə yaramır. 🙂
    Dəqiq kompüter modelini yazsaz bəlkə köməyi dəyən tapılar…

  2. Saydıqlarınızın hamısı edilib ancaq işə yaramır.Notebook HP 4540 model

  3. Salam.

    HP forumun dediklərinə görə, bu Modellərdə reset üçün BİOS çipi dəyişməlidir.

    https://h30434.www3.hp.com/t5/Notebook-Operating-System-and-Recovery/6550b-BIOS-password-chip-replacment/m-p/2644701#M27205

    Uğurlar.

  4. Salam. Bu link-ə keçid et yazılanları et bios sıfırlanacagdır. http://breakstuffmajorly.blogspot.com/2012/04/remove-bios-password-on-probook-6560b.html

Cavab yazın