Bind DNS
Salam dostlar. Bind DNS ilə bağlı bir neçə sualım var.
1. Linux mühitində Bind DNS qurmaq istəyirəm. Hansı distributivdə qurmaq məsləhətlidir? ( Redhat yoxsa Debian)
2. Lokal olaraq şəbəkədə windows mühitində Active Directory qurulub. Bütün VM lər AD ə əlavə olunub. Mən DNS olaraq linux mühitində Bind qursam sonra AD ilə bir konflikt verməz?
3. Ümumiyyətlə mənim fikrim linux mühitində Bind DNS qurmaqdır. Normalda korporativ mühitində Bind DNS qurmaq üçün topologiya necə olur? Nələrə fikir vermək lazımdır ki, sonradan bir problem çıxmasın?
Təcrübəli şəxslərdən xahiş edirəm mənə yol göstərin 🙂
Baxılıb: 2575 dəfə