Active Directory-də adi “user”-ə administrator huququ verilməsi

Active Directory-də adi “user”-ə administrator huququnu necə verə bilərəm?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 943 dəfə

Cavablar ( 2 )

  1. Salam,

     Kənan bəy, adi isitfadəçi komputerləri domainə üzv edə bilər. Sırf bunun üçün admin hüququna  gərək yoxdur. Yox istəyirsinizsə həmin isitfadəçi bütün komputerləri admin kimi idarə edə bilsin, həmin isitfadəçini domain admin qrupuna üzv edin və ya group policy vasitəsilə lokal admin qrupuna üzv edin.

    Adi istifadəçinin komputerləri domain-ə üzv etməsi üçün – domain adı üzərində sağ düymə Delegate Control – isitfadəçi adını seçin və aşağdakı bölməni qeyd edin.

    idareci

    Domain admin yöntəmindən başqa aşağdakı məqalələrdən yararlana bilərsiniz.

    Root Domain üzərindəki istifadəçilərə Child domain üzvlüyündə olan komputerlərdə hüquqların verilməsi

    Active Directory: Restricted Groups

    Windows Server 2012 üzərində Group Policy`də Restricted Groups

    Uğurlar

  2. Salam. elguc beyin fikri ile tam raziyam. Adi istifadeci 15 kompyuteri default olaraq domaine qosa biler. Eger bize lazimdirsa bu limiti artiraq o zaman Adsiedit.msc den hemin istifadeci adini tapiriq, saq duyme sixib properties daxil oluruq. ms-DS-MachineAccountQuota. deyisenini secib Edit Attribute sixiriq. Limiti coxaldiri meselen :300 . Sonra Set duymesini sixiriq. Bu zaman secilmis istifadecinin kompyuteri domane qosmaq ucun say limiti 300 olacaq

Cavab yazın