1C serverdə bazaları necə birləşdirmək olar?

Salam hər kəsə,

Bizim 2 mağazamızda ayrı ayrılıqda 1C proqramı qurulub satışlar onun vasitəsi ilə həyata keçir. istərdik ki,hər dəfə bazaya nəsə əlavə etmək,bazadan nəsə çıxmaq.hesabat və s. depodan idarə olunsun. bunun üçün 1c-nin bazasını adi veb serverə yükləyib ordan götürmək olar?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2709 dəfə

Cavablar ( 3 )

  1. Salam Toğrul bəy.

    Yəqin ki, mağazalarda 1C proqramının fayl variantı qurulub. Təəssüf ki, fayl variantınının WEB kliyentlə işləmək imkanı sadəcə test mühitində istifadə oluna bilər. Bu barədə burada son sətirlərdə qeyd edilib:

    Файловый вариант работы

    Lakin bir çıxış yolu var. Bir kompüter və ya server (daim işləyən) üzərində fayl variantını qurursunuz. Həmin kompüterin internetə daim çıxışı olmalıdır (statki İP). Həmin kompüterdə VPN və teminal server qurulur. Kliyentlərdə VPN və RDP kliyenti sazlanır. Kliyent VPN ilə həmin serverə qoşulur, daha sonra RDP ilə Terminal serverə qoşulur və 1C proqramını işə salır. Bu zaman eyni zamanda 5-6 nəfər çalışa bilər. Lakin fayl variantının bəzi çatışmazlıqları var. Eyni zamanda bir sənəd üzərində işləyəndə bəzi sənədlər və obyektlər başqa istifadıçilər üçün bloklana bilər, belə versiyanın surəti aşağı olur və s.

    Əgər istifadəçilərin sayı 10 nəfərdən çoxdursa, ən ideal variant 1C server və SQL serverlərin qurulmasıdır. Bu zaman artıq siz WEB kliyenti də işə sala bilərsiniz. İstifadəçilərin sayı çox deyilsə (20-30 arası) Bunların hamısını 1 server üzərində qurmaq olar (VPN+Terminal Server+1C Server+SQL server+Apache WEB server).

     

    • Veb server ona görə dedim ki,idarə etmə rahat olsun. başqa necə etmək olar? ən ideal variant.Müxtəlif yerlərdəki mağazaları idarə etmək üçün

      • Müxtəlif yerlərdə mağazaları üçün vahid bir baza yaradılır. Qalanı isə yuxarıda qeyd etdiyim kimi. Ən ideal variant  – VPN+Terminal Server+1C Server+SQL server+Apache WEB server.

Cavab yazın