Word faylının PDF faylına və PDF faylın Word formatına konvert olunması
Salam Dostlar bu gün yeni bir məqaləm ilə qarşınızdayam. Bu günkü məqalə bir neçə hissədən ibarət olacaq. 1. Sənədimizi PDF formatına salaq. Gördüyünüz kimi WORD formatındadır İlk öncə Fayl menyusuna daxil olub Сохранить как-a(Save as) klik edirik. Açılan pəncərədə тип файла-dan (File Types) PDF-i seçib сохранить (Save) edirik. Artıq PDF faylımız hazırdır. Sənədimiz üzərində dəyişiklik ...
Ətraflı oxuyun...Type (Tip) funksiyası
Bu funksiya vasitəsi ilə Excel xanasında olan verilənin hansı tipdə olmasını müəyyən etmək olar. Funksiya aşağıdakı verilən tipinə görə qarşındakı qiyməti nəticə olaraq geri qaytarır. Number (Ədəd) – 1 Text (Mətn) – 2 Məntiqi ədəd – 4 Xəta dəyəri – 16 Matris – 64 Ümid edirəm, faydalı oldu.
Ətraflı oxuyun...ERROR.TYPE (Xəta tipləri) funksiyası
Ötən dəfəki yazımın davamı olaraq bu gün Sizə ERROR.TYPE funksiyası barədə danışmaq istəyirəm. Bu funksiya vasitəsi ilə Excel xanasında olan xəta tiplərini yoxlamaq mümkündür. Məsələn, deyək ki, Siz yaranacaq xətalara görə fərqli hesablamalar aparmaq istəsəniz, bu funksiya Sizin işinizə yaraya bilər. Exceldə mövcud xəta tipləri barədə əlaqədar bölmədə məlumat vermişəm. Həmin hissədən lazımı informasiyanı əldə ...
Ətraflı oxuyun...Exceldə xəta tipləri
Exceldə funksiyalar bölməsini tam anlamamız üçün mütləq şəkildə xətalar haqqında məlumat almamız lazımdır. Çünki, funksiyanın bizə qaytardığı xəta tiplərini bilməklə həmin funksiyada baş verən səhvi tezliklə aradan qaldıra bilərik. Bu səbəbə növbəti funksiyalara keçmədən xəta tipləri haqqında məlumat vermək istəyirəm. Exceldə aşağıdakı xətalar mövcuddur. #NULL! – bu xəta yazılan funksiyada yersiz buraxılan boşluq zamanı meydana ...
Ətraflı oxuyun...Pivot Table (Yekun hesabat)-da unikal sayların tapılması
Exceldə məlumat bazası əsasına yekun hesabat hazırlamısınızsa, yəqin ki, hansısa sütun üzrə unikal sayı tapmaq kimi bir istəyiniz olub. Əgər, olmayıbsa və Siz hər zaman hesabatların hazırlanması ilə məşğulsunuzsa, əminəm ki, belə bir tələb mütləq qarşısına çıxacaq 🙂 Fərz edək ki, aşağıdakı kimi verilənlər bazası var. Bu bazasa hər satış mütəxəssisinin ay ərzində satdığı marketlərin adları var. ...
Ətraflı oxuyun...Exceldə NUMBERVALUE və VALUE funksiyaları arasındakı fərq
NUMBERVALUE və Value (Ədədin dəyəri) funksiyaları Bu funksiya vasitəsi ilə ədədə konvertasiya əməliyyatı aparılır. Excelin 2013-cü il versiyalarından etibarən bu funksiya istifadəyə verilib. Sintaksisi =NUMBERVALUE(mətn;kəsr ayırıcı;minlik qruplara ayırıcı) şəklindədir. Təcrübədə başqa proqramlardan məlumatların import edilməsi zamanı yazılan ədədin kəsr ayırıcısı kimi həm nöqtə, həm də vergül istifadə edilir. Ümumiyyətlə, kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Excel ...
Ətraflı oxuyun...Exceldə WEEKNUM və ISOWEEKNUM funksiyalarının fərqi
Weeknum (Həftənin nömrəsi) funksiyası Bu funksiya ona ötürülən tarixin neçənci həftədə olduğunu tapır. Sintaksisi =WEEKNUM(Tarix;Həftənin ilk günü) şəklindədir. Yuxarıda da qeyd etdiyimiz kimi funksiyanın ikinci parametri həftənin ilk gününün hansı gün olmasıdır. Bizim ölkədə həftənin ilk günü Bazar ertəsi olduğundan biz bu parametri 2 olaraq qeyd etdik. Aşağıdkaı şəkildə digər günlərin ilk günü olaraq qeyd ...
Ətraflı oxuyun...Exceli öyrənə bilməməyimiz üçün 5 səbəb
Təxminən 3 il olar ki, Exceldən bildiklərimi başqalarına öyrətməyə başlamışam. Öyrətdiklərim insanların 80%-i Excel haqqında ilkin bilikləri olub, aralarında hətta bu proqramı ilk dəfə təlim zamanı açan da olub. Buna baxmayaraq, bu dostlarımdan artıq 4-ü proffesional səviyyədə Excelin tədrisi ilə məşğuldurlar. Bu 4 tələbəni “ulduz” hesab etsəm də, digər tələbələri də heç də başqalarından geri ...
Ətraflı oxuyun...Exceldə Paste Special menyusunun davamı
Biz ötən yazımızda Paste Special (Xüsusi əlavə etmə) menyunun bir neçə əmri barədə danışmışdıq. İndi isə növbəti 5 əmri barədə məlumat verək. 8)Column width – Bu əmrin köməkliyi ilə bir sütunun enini başqa sütuna tətbiq edilir. Məsələn, deyək ki, Siz 1-ci işçi səhifəsində hazır bir cədvəl formatı hazırlamısınız. Eyni cədvəli 2-ci işçi səhifəsinə köçürəndə cədvəlin ...
Ətraflı oxuyun...Bəs, Excel kimə lazımdır?
Yəqin ki, çoxlarınıza indi deyəcəyim mənzərə tanışdır. Sizin hansısa bir müəssisədə işlədiyinizi ətrafınız biləndə Sizi təbrik etməklə yanaşı bəzi özünəməxsus suallar verənlər də mövcuddur. Hər kəs üçün bir məqam daha vacibdir. Kimisi üçün Sizin əmək haqqınız, kimisi üçün perpektiviniz, kimisi üçün isə Sizin iş saatlarınız, kimisi üçün iş şəraitiniz maraqlı olur. Bütün bunlarla yanaşı ...
Ətraflı oxuyun...