Exchange Server 2010 “Anti-Spam” konfiqurasiyası (1)

Salam, Əziz Dostlar. Ötən məqalələrimizdə “Edge Transport Role” və “Hub Transport Role” üzərində “Anti-Spam” xüsusiyyətinin aktiv edilməsindən söhbət açmışdıq. Bu məqalədə isə “Anti-Spam” xüsusiyyətinin konfiqurasiyalarına nəzər salmaq istədim.Geniş mövzu olduğu üçün iki hissədə yazmağa çalışacam.

Anti-Spam” xüsusiyyətinin aktiv edilməsi üçün ötən məqaləmizdən (http://www.technet.az/2013/08/04/hub-transport-role-uz%C9%99rind%C9%99-anti-spam-xususiyy%C9%99tinin-aktivl%C9%99sdirilm%C9%99si/) məlumat ala bilərsiniz.

Anti-Spam configuration1

Anti-Spam” xüsusiyyətini aktivləşdirdikdən sonra “EMC“-də “Organization Configuration“->”Hub Transport” rule altında “Anti-Spam” başlığının yarandığını görürük. Artıq bu başlıq altında lazım olan konfiqurasiyaları həyata keçirə bilərik.

“Content Filtering” məzmun filtrasiyasıdır. Yəni mesajın mətninə görə bloklama növüdür.

Anti-Spam configuration2

General” bölməsi hər funksiya haqqında məlumatları özündə əks etdirir. Yəni bu funksiyanın aktiv olub-olmamasını və ümumi nə kimi əməliyyatlar icra etdiyini bu pəncərədə görə bilərik.

Anti-Spam configuration3

Custom Words” bolmesinde iki başlıq görülməkdədir. “Allow messages” və “Block messges…“. Hər iki hissəyə yazdığımız sözlərə uyğun olaraq gələn mesajlar yoxlanılır. Əgər mesaj tərkibində “Block messages…” bölməsinə daxil etdiyimiz sözlər istifadə olunubsa mesaj bloklanır.

Anti-Spam configuration4

Belə bir sual yaranır: “Əgər gələn mail tərkibində həm “Allow” listdə, həm də “Block” listdə verilmiş sözlər istifadə olunarsa nə baş verir?” Bu zaman üstünlük “Allow” listdə olar və mail lazımi ünvana çatdırılar.

Anti-Spam configuration5

Action” bölməsindən spam və zərərli maillərin aqibətinin nə olacağını təyin edə bilirik. Burada “SCL” (Spam Confidence Level) dəyərindən istifadə olunur. Hər bir mail gələrkən bu dəyərlər istifadə olunaraq mail-in zərərli olub olmadığı təyin edilir. “SCL” “Spam olma ehtimalı” kimi başa düşülə bilər. Gələcək məqalələrimizin birində qəbul etdiyiniz maillərin “SCL” dəyərini necə öyrənə biləcəyimizdən söhbət açacağıq ki, bu dəyəri təyin edib “Exchange Server” üzərində istifadə edə bilək.

SCL” dəyəri “0” ilə “9” arasında dəyişir.

Anti-Spam configuration6

Action” bölməsinə işarələyə biləcəyimiz üç qutucuq var. Və hər birində də “SCL” dəyərini qeyd etməliyik.

Delete messages that have an SCL rating greater than or equal to:” qutucuğunu işarələdiyimiz zaman, “SCL” dəyəri göstərdiyimiz dəyərdən böyük və ya ona bərabər olduğu halda qarşı tərəfə heç bir bildiriş etmədən gələn mail-i siləcək.

Reject messages that have an SCL rating greater than or equal to:” qutucuğunu işarələdiyimizdə “SCL” dəyəri göstərdiyimiz dəyərdən böyük və ya ona bərabər olduğu halda qarşı tərəfə mail-in qəbul edilmədiyi ilə əlaqədar bildiriş mesajı göndəriləcək.

Quarantine messages that have an SCL rating greater than or equal to:” qutucuğunu işarələdiyimizdə isə “SCL” dəyəri göstərdiyimiz dəyərdən böyük və ya ona bərabər olduğu halda gələn mail təyin etdiyimiz karantin mail ünvanına yönləndirilir.

Exceptions” bölməsi isə istisnalar üçündür.

Anti-Spam configuration7

Yəni bu bölməyə daxil etdiyiniz ünvandan gələn mail-lər heç bir yoxlamaya məruz qalmayacaq.

Şirkətimizə daxil olan mail-lərin göndərildiyi “IP” ünvanlarının “Block” listdə olub-olmadığını yoxlayan bəzi servislər vardır.

Anti-Spam configuration8

IP Allow List Providers” və “IP Block List Providers” vasitəsilə bu servislərdən istifadə edərək “Exchange Server“-də “Block List“də olan “IP“-lərə qadağa qoya bilərik. Bu servislərə misal olaraq “spamcop.net“, ” zen.spamhaus.org” və s.  misal göstərə bilərik.

Anti-Spam configuration9

Providers” bölməsindən “Add” düyməsini sıxaraq bu servisləri daxil də bilərik.

Anti-Spam configuration9.1

Uyğun boşluqları doldurduqdan sonra “Error Messages” bölməsindən servis tərəfindən qadağan olunmuş “IP” ünvandan gələn mail-ə cavab olaraq göndərmək istədiyiniz mesajı əlavə edə bilərik.

Anti-Spam configuration9.2

IP Block List Providers” xüsusiyyətinin iş prinsipi şəkildə göstərilmişdir:

ip block list provider_diagram

Digər “Anti Spam” xüsusiyyətlərini də bu diagrama uyğun başa düşə bilərik.

Gələn məqaləmizdə “Anti Spam” xüsusiyyətləri mövzusunu davam etdirəcəyik. Görüşmək ümidi ilə!

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın