Windows 8 Family Safety (dördüncü hissə)

Bu məqaləmizdə Family Safety portalı və valideyn tərəfindən uşağın fəaliyyət hesabatına baxış ilə bağlı məlumat verəcəyik.

İlk əvvəl valideyn istifadəçisi ilə sistemə daxil olaraq uşaq istifadəçisinin fəaliyyət hesabatına baxaq.

Sistemə daxil olduqdan sonra Family Safety bölməsinə daxil oluruq. Daha sonra Usaq istifadəçisinin üzərində tıklayırıq.

family-safety4-1

Aşağıdakı şəkildə işarə olunan View activity reports bölməsinə daxil oluruq.

family-safety4-2

Bununla da User Activities bölməsində uşaq tipli istifadəçinin ümumi fəaliyyəti ekranda əks olunur. Bu bölmədə Ən çox müraciət edilən saytlar, kompüterdən istifadə müddətləri, ən çox istifadə olunan proqramlar və oyunlar barədə məlumatlara baxmaq mümkündür.

family-safety4-3

Veb saytlarla bağlı statistikaya baxmaq üçün Websites visited bölməsinə daxil olmaq lazımdır. Saytın adı,sonuncu giriş vaxtı, girişlərin sayı, müraciət zamanı alınan nəticə barədə məlumat əks olunur.

family-safety4-4

File downloads  bölməsində Usaq istifadəçisinin internetdən yükləmələri barədə məlumat əks olunur. Bu bölmədə yüklənən faylın adı, kompüterdə yerləşdiyi ünvan, müraciətə uyğun cavab, endirmə vaxtı, endirmənin mənbəyi əks olunur.

family-safety4-5

App used bölməsin Usaq istifadəçisinin istifadə etdiyi tətbiqetmələr barədə məlumat əks olunur.

family-safety4-6

Games played bölməsindən Usaq istifadəçisinin oynadığı oyunlar barədə məlumatla tanış olmaq mümkündür.

İndi isə Family Safety portalına baxaq. familysafety.microsoft.com ünvanına daxil oluruq və valideynin microsoft hesabını və şifrəsini daxil edirik. Bundan sonra aşağıdakı göründü ekranda əks olunacaqdır.

family-safety4-7

Kids bölməsində uşaq tipli istifadəçilər, Parents bölməsində valideynlərin siyahısı əks olunur. Applies to these devices bölməsində monitorinq olunan avadanlıqlar barəsində məlumat əks olunur.  Usaq istifadəçisinin üzərində tıklayırıq.

family-safety4-8

Overview bölməsində Usaq istifadəçisi üçün apardığımız ümumi sazlanmalar əks olunur.

Portal üzərindən Usaq istifadəçisinin fəaliyyətinə baxmaq üçün Activity reporting bölməsinə daxil oluruq. Summary bölməsində Usaq istifadəçinin fəaliyyəti ilə bağlı ümumi məlumat əks olunmuşdur.

family-safety4-9

Web activity bölməsindən Date range – tarix aralığı daxil edib Show activity düyməsini tıklayaraq veb statistikaya baxmaq olar.

family-safety4-10

PC activity bölməsində kompüterdən istifadə vaxtları, tətbiqetmələr və oyunlar, fayl endirmələri, Windows Store-dan yüklənmələrlə bağlı məlumatlar əks olunur.

family-safety4-11

Family Safety ilə bağlı əvvəlki məqalələrdə izah etdiyimiz Web filtering, Time limits, App restirictions, Game restrictions sazlanmalarını portal üzərində eyni adlı menyulara daxil olaraq apara bilərsiniz.

Suallarınızı http://forum.technet.az/ ünvanında qeyd edə bilərsiniz.

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərh yazın