Windows 8 Family Safety (ikinci hissə)

Keçən məqaləmizdə Sizlərə Family Safety-də Web filtering və uşaqlar üçün istifadəçinin yaradılması haqqında məlumat vermişdik. Bu məqaləmizdə Family Safety-də mövcud olan digər imkanlar barəsində məlumat verəcəyik.

Family Safety > User Settings bölməsinə daxil oluruq və uşaq üçün yaradılmış müvafiq istifadəçini seçirik.

Artıq uşağın kompüterdən istifadəsi üçün sazlanmaları davam etdirə bilərik. İndi uşağın kompüterdən həftənin günlərinə müvafiq olaraq istifadə edə biləcəyi vaxtlara və müddətlərə aid sazlanmalar aparaq.

family-safety2-1

Bunun üçün Time limits seçirik.

family-safety2-2

Set time allowance – bölməsində uşağın kompüterdən istifadə müddəti barədə sazlanma aparmaq mümkündür.

Usaq can use the PC all day – uşaq istənilən gün, istənilən qədər kompüterdən istifadə edə bilər.

 Usaq can only use the PC for the amount of time I allow – Aşağıdakı şəkildən də göründüyü kimi uşaq həftənin günlərinə müvafiq olaraq yalnız icazə verilən müddətdə kompüterdən istifadə edə bilər. Müddəti istədiyimiz kimi təyin edə bilərik. Weekdays Mon-Fri sahəsində müddət təyin etsək, təyin olunmuş müddət şənbə və bazar günlərindən başqa digər günlər üçün təyin olunmuş olacaq. Weekend Sat-Sun bölməsinə müddət yazdıqda yalnız Şənbə və bazar günləri üçün müddət təyin olunur. Hər günün öz qarşısındakı sahəyə müddət yazaraq, günlük istifadə müddətini təyin edə bilərik.

family-safety2-3

Set Curfew – Həftənin günlərinə və saatlara uyğun olaraq uşağın kompüterdən istifadəsinə məhdudiyyət qoymaq üçündür.

family-safety2-4

Usaq can use the PC all day – uşaq istənilən gün, istənilən saatda kompüterdən istifadə edə bilər.

Usaq can only use the PC during the time ranges I allow – İstədiyimiz gündə istəyimiz saatda uşağın kompüterdən istifadəsinə qadağa qoya bilərik. Lazımı günü və qarşısındakı saatı seçdikdə həmin sahə mavi rənglə işarə olunmuş olacaq. Mavi rənglə işarə olunmuşlar qadağa qoyulmuş saatlardı. Ağ olanlar isə icazə verilmiş saatlardı.

 İndi isə Windows Store and game restrictions – Windows Store və oyunlarla bağlı məhdudiyyətlərin təyin olunmasına baxaq.

family-safety2-5

Windows Store and game restrictions – yuxarıda qeyd olunduğu kimi şəkildə işarə olunmuş hissəyə daxil olaraq Windows Store və oyunlarla bağlı məhdudiyyətlərin təyin edə bilərsiniz.

family-safety2-6

Usaq can play all games and view all Windows Store apps – Usaq bütün oyunları oynaya bilər və Windows Store-da olan bütün proqramlardan istifadə edə bilər. Bu seçim aparıldıqda uşaq tipli istifadəçi üçün məhdudiyyət qoyulmur.

Usaq can only use games and Windows Store apps I allow – bu seçim uşaq tipli istifadəçiyə yalnız valideyn tərəfindən icazə verilən oyunları oynamağa və Windows Store-da yalnız icazə verilən proqramlardan istifadə etməyə icazə verir.

Set game and Windows Store ratings – Oyunlara və Windows Store-da olan proqramlara icazə və məhdudiyyətlərin Entertainment Software Rating Board  reytinqlərinə uyğun təyin olunması üçündür.

family-safety2-7

Allow games with no rating – Oyunlara məhdudiyyət qoyulmur. Reytinqi olmayan oyunları da oynamağa icazə verir.

Block games with no rating – Reytinqi olmayan oyunları oynamağa icazə vermir.

Which ratings are OK for Usaq – uşaq tipli istifadəçinin hansı reytinqə uyğun olan oyundan istifadə edə biləcəyini təyin edirik.

Allow or block specific games – Sistemdə quraşdırılmış oyunlara icazə vermək və ya qadağa qoymaq mümkündür.

 family-safety2-8

App restrictions – Uşaq tipli istifadəçinin istifadə edəcəyi proqramlarla bağlı sazlanmalar aparmaq üçün nəzərdə tutulub.

family-safety2-9

Usaq can use all apps – Usaq istifadəçisi bütün proqramlardan istifadə edə bilər.

Usaq can only use the apps I allow – Usaq istifadəçisi yalnız icazə verilən proqramlardan istifadə edə biləcək. Digər proqramlardan istifadə etmək istədikdə xəbərdarlıq ediləcək. Proqrama icazə vermək üçün qarşısındakı seçimi təsdiqləmək kifayətdir.

Bununla da artıq uşaq üçün bütün sazlanmaları apara bilərik. Növbəti məqaləmizdə uşaq tipli istifadəçinin fəaliyyətinə valideyn tərəfindən nəzarət olunması barədə məlumat verəcəyik.

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərh yazın