Avtomatik süzgəc (AutoFilter) – Excel

Cədvəldə olan məlumatı hər hansı bir parametr ilə «süzgəcdən» keçirmək tez-tez lazım olur. Məs., cədvəldən əmək haqqı 150-dən yuxarı olan əməkdaşların siyahısı lazım ola bilər.

excel1

Avtomatik süzgəci işə salmaq üçün cədvəlin başlıqlar sətrini seçin (yəni ” Soyadı, Adı”, “Əmək haqqı”  və s.) və sonra Data menyusundan Filter seçin. Əməliyyat düzgün edilibsə başlıqların yanında siyahı düymələri yaranmalıdır.

excel2

Həmin düyməni basdıqda sütunda olan bütün verilənlərin siyahısı çıxır və həmin siyahıdan bir sətri seçdikdə cədvəldə yalnız seçdiyiniz rəqəm olan sətirləri görəcəksiz. Məs., əmək haqqı siyahısından 150 seçəndə orada yalnız əmək haqqı150 olan sətirləri görəcəksiz.

 Şərt ilə süzgəc

Məs., cədvəldən əmək haqqı 150-dən yuxarı olan əməkdaşların siyahısını seçək.

  1. Avtomatik süzgəci işə salmaq üçün cədvəlin başlığında mausun düyməsini bir dəfə basın sonra Data menyusundan Filter seçin.
  2. Əmək haqqı siyahısından Number filters daha sonra Custom Filter seçin.

excel3

3.Bu zaman Custom AutoFilter pəncərəsi açılacaq:

excel4

4. Birinci siyahıdan is greater than (böyükdür) şərtini seçin.

5. Sağda olan sətirdə isə 100 daxil edin.

6. OK düyməsini basın

Tam cədvələ qayıtmaq üçün süzgəc siyahısını açıb siyahıdan Clear Filter From seçin. Birinci siyahıdan is greater than sətri şərtlərdən biridir. Bu siyahıda bir neçə başqa şərt var :

equals                                            bərabərdir

does not equal                             bərabər deyil

is greater than                              böyükdür nəinki

is greater than or equal to         böyükdür və ya bərabərdir

is less than                                    kiçikdir nəinki

is less than or equal to              kiçikdir və ya bərabərdir

begins with                                   başlayır (nə ilə)

does not begin with                    başlamır (nə ilə)

ends with                                       qurtarır (nə ilə)

does not end with                       qurtarır (nə ilə)

contains                                         tərkibində var

does not contain                         tərkibində yoxdur

  Birinci onluq (Top 10)

 Süzgəcin başqa bir növü olan «birinci onluq» ən böyük və ya ən kiçik 10 sətri seçmək üçün istifadə olunur. Sətirlərin sayı 10 deyil az və ya çox ola bilər. Məs., ən çox əmək haqqı alan 5 nəfərin siyahısını yaradaq.

  1. Avtomatik süzgəci işə salmaq üçün cədvəlin başlığında mausun düyməsini bir dəfə basın sonra Data menyusundan Filter seçin.
  2. Əmək haqqı siyahısından Number filters daha sonra Top 10 seçin.

excel5

3. Orta sətirdə 5 daxil edin və OK basın.

Birinci siyahıdan Top əvəzinə Bottom seçdikdə ən aşağı maaş alan 5 nəfərin siyahısını yaratmaq olur.

AutoFilter’dən çıxmaq üçün yenidən Data menyusundan Filter seçin.

Səs: +10. Bəyənilsin Zəifdir

Şərhlər ( 1 )

    • Tariel / . Dərc edilib:A 26/02/2014 at 5:08 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tesekkurler paylasdiginiza gore, bele azeri dilinde derslere cox ehtiyac var, VLOOKUP, MATCH ve s. haqqinda dersler faydali olardi

Şərh yazın