Server 2012`də Remote Access Server qurulumu (1)

Salam Dostlar , bu məqaləmizdə Server 2012 üzərində Remote Access Server rulunun qurulumundan bəhs edəcəyik. Məqaləni yazmağımda məqsədim, NAP haqqında gələcək məqalələr üçün, anlayış verməkdir. Bu məqalədən sonrakı məqaləmizdə, Server 2012 üzərində VPN server`dən bəhs edəcəyik.

Qısaca VPN serverin nə olduğundan bəhs etsək, tutalım ki, birdən artıq şöbəsi olan bir şirkətdə işləyirsiniz və bu şirkətin bütün şöbələrini bir şəbəkədə cəmləmək istəyirsiniz, bu halda siz VPN server`dən istifadə edə bilərsiniz. Misal üçün, şirkətiniz bir baş ofisdən və bir neçə filaldan ibarətdir. Bütün əsas məlumatlar isə baş ofisdə yerləşir. Belə bir vəziyyətdə filallardakı istifadəçilər bu məlumatları baş ofisdən çəkmək istəsələr VPN server bu halda istifadə edəcəyimiz ən yaxşı variantdır. Çünki VPN server`lə siz, məlumatları daha güvənilir bir şəkildə yaratdığınız bu şəbəkədə istifadə edə biləcəksiniz. VPN Server haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

İnsi isə VPN üçün lazım olan Rullar`ı quraq. Windows Server 2012 Manager`i açırıq, açılan pəncərədə “Add Roles and Features”i klikləyirik.
1

İlk açılan pəncərədə, hər hansı bir Roles və ya Features qurmamışdan qabaq, serverimizin mürəkkəb bir Administrator şifrəsinin olması, şəbəkə məlumatlarının nizamlanmasının (IP və s.) və lazımı security update`lərinin yüklənməsinin vacib olduğu çatdırılır.
2
Hər hansı bir “Roles” və ya “Features” qrulumundan qabaq bu pəncərənin çıxmağını istəmiriksə, “Skip this page by default” qarşısında quş qoyuruq.

Növbəti pəncərədə “Role-based or feature-based installation” seçib davam edirik. Əgər quracağımız Role`u başqa bir serverə qurmaq istəyiriksə, o halda “Remote Desktop Services installation” seçib davam edə bilərik.
3

Növbəti açılan pəncərədə də yuxarıdakı pəncərə ilə eyni prinsipdə işləyir. Bu pəncərədə əgər “Select a Virtual Hard Disk” seçsək aşağıda yerləşən “Virtual Hard Disk” olan hissədə, virtual diskimizin yerini göstərəcəyik. Biz quracağımız rulu indi “Server Hovuzu”muzda (Server Pool) yerləşən bir server üzərində quracağımız üçün “Select a Server From the Server Pool” seçib davam edirik.
4

Quracağımız Rule Server 2008`də “Network Policy and Access Services”in içindəydi, lakin Server 2012`də isə bu rullar Remote Access rulunun içinə yerləşdirilib. “Remote Acces” rulunu seçib davam edirik.
5

Hər hansı bir Features yükləməyəcəyik. Next düyməsi ilə davam edək.
6

Bu pəncərədə DirectAccess və VPN idarəetmə konsulu haqqında qısa məlumatlar verilir. Next deyərək davam edək
7

Bu pəncərədə quracağımız sonuncu rule`un içində birdən çox servis olduğu üçün hansı servisi aktiv etmək istədiyimiz soruşulur. Bizim məqsədimiz VPN server olduğu üçün, “DirectAccess and VPN(RAS)” seçirik.
8

DirectAccess`in də aktiv olmasına görə arxa tərfdə “IIS Server” də işləməlidir. Next deyərək davam edirik.
9

IIS Serversində aktiv etmək istədiyimiz servislər varsa onlardı aktiv edib davam edə bilərik. Biz heç bir dəyişiklik edmədən Next düyməsi ilə davam edirik.
10

İndi isə Install düyməsi ilə rulların qurulmasına başlaya bilərik. Rullar qurulduqdan sonra əgər Windows Server 2012 sererimizin “Restart” olunmasını tələb edəcəksə, restartın avtomatik olaraq həyata keçirilməsini “Restart the Destination Server Automatically if Required” düyməsi qarşısında quş qoyaraq təmin edə bilərik.
11

Serverimiz qurulur.
12

Start menusuna baxdığımızda, lazım olan serverlərin qurulduğunu görürük. VPN üçün lazım olan mühiti qurduq. Gələck məqaləmizdə, VPN tiplərindən və VPN`in nizamlanmasından bəhs edəcəyik.
13

Yararlı olması ümidi ilə…

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 2 )

  1. ela faydali oldu Turgut muellim

     

  2. tesekkur edirem

Şərh yazın