PDF faylına necə çap edə bilərik?
Salam Dostlar, bəzən bizə lazım olur ki, hər hansı ofis faylını PDF faylına çevirək. Amma hər zaman bunun həllini yolunu tapa bilmirik. Ona görə istədim ki, sizə bunun üçün 2 yol göstərim. Birinci üsulda əlavə proqram istifadə edəcəyik, digər üsulda isə təsəvvür edəcəyik ki, əlimizin altında heç bir proqram yoxdur.
Birinci üsul üçün mən CutePDF proqramını istifadə edəcəyəm. Nəzərinizə çatdırım ki, bu proqram pulsuzdur. Proqramı aşağıdakı keçiddən yükləyib, kompüterinizə qurun. Qurduqdan sonra istifadə edək.
YÜKLƏ: CutePDF
Bunun üçün hər hansı bir ofis faylı açırıq və “PRİNT” menyusuna daxil oluruq.
Gördüyünüz kimi printer əvəzinə “CutePDF Writer” seçib, “PRİNT” düyməsinə sıxırıq. Daha sonra bizdən bu faylı yaddaşa vermək üçün yer istəyəcəkdir. Bu yeri də təyin edərək, yaddaşa veririk. Bununla da işimiz tamamlanır.
İkinci üsulda isə deyəlim ki, çox tələsik bizə hər hansısa bir faylı PDF`ə çevirmək lazımdır. Amma proqram yükləməyə vaxtımız yoxdur və yaxud ümumiyyətlə, proqram yükləmək üçün lazımı hüquqlarımız yoxdur. Buna görə də internet səhifəsi üzərindən bu əməliyyatı həyata keçirdəcəyik.
Amma ilk öncə bizə lazım olan sənədi .XPS formatına çevirmək lazımdır. Bu xüsusiyyət “PRİNT” menyusunun özündə var.
Gördüyünüz kimi printer əvəzinə “Microsoft XPS Document Writer” seçirik və “PRİNT” düyməsinə sıxırıq. Bizdən bu faylı yaddaşa vermək üçün yer tələb olunacaq. Eyni zamanda bu pəncərə üzərində faylın formatını .XPS olaraq seçib, yaddaşa veririk.
Daha sonra isə bu internet səhifəsinə daxil oluruq: XPS2PDF
Buradan “CHOOSE FİLE” düyməsinə sıxaraq, biraz öncə yaddaşa verdiyimiz .XPS faylını seçirik.
Faylı seçdikdən sonra “CONVERT TO PDF” düyməsinə sıxırıq.
Sonra faylımız hazır olur və üzərinə vuraraq kompüterimizə .PDF olaraq yaddaşa veririk.
Dostlar, kiçik məqalə olmasına baxmayaraq, fikrimcə lazımlı məqalədir.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCT