Administrators və Non-Administrators Local GPO

Salam Dostlar, bu məqaləmizdə Local GPO`ların bir xüsusiyyətindən bəhs edəcəyik.Bildiyiniz kimi Local GPO`lar kompüterin üzərində olan GPO`lardır.İndi isə mövzumuza qayıdaq.Deyəlim ki, biz kompüter üzərində hər hansı bir şeyi qadağa etmək istəyirik, ancaq istəmirik ki, bu qadağalar Administrators qrupunun üzvlərinə şamil olunsun.Təbii ki, bunun bir neçə yolu var.Amma bu gün biz tamam fərqli bir yol öyrənəcəyik.Siz yuxarıda qeyd etdiyim xüsusiyyət məhz budur.Local GPO`larda Non-Administrators deyə bir xüsusiyyət var.Birazdan bunu şəkillərlə də görəcəyik.Biz Local GPO`nu Non-Administrators`a tətbiq edərək, Administrators qrupunun üzvlərini bu GPO`dan kənarda saxlayarıq.Yəni Non-Administrators`a tətbiq olunan GPO Administrators qrupundan başqa bütün qrup və istifadəçilərə təsir göstərəcək.Bunun üçün RUN`a gəlib, MMC yazırıq.

Daha sonra aşağıdakı pəncərə açılır.

Yuxarıdakı pəncərədə File>Add/Remove Snap-in(CTRL+M) daxil oluruq və aşağıdakı seçimlər gəlir.

Buradan isə Group Policy Object Editor seçirik.Sonra isə açılan pəncərədə BROWSE düyməsinə sıxırıq.

Buradan isə USERS bölməsinə keçirik və gördüyünüz kimi bəhs etdiyim Non-Administrators qrupu siyahıdadır.Bu qrupu seçirik.

Sonra isə pəncərədə aşağıdakı kimi seçim olmalıdır.

Bu pəncərəni FİNİSH düyməsinə sıxaraq bağlayırıq.Nəticədə isə aşağıdakı kimi Local Group Policy bizi qarşılayır.

7

Artıq Administrators qrupunun üzvlərini asanlıqla tətbiq etdiyiniz Local GPO`lardan kənarda saxlaya bilərsiniz.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın