HP ProLiant Server məhsullarına ilkin baxış (1)

Əziz oxucularımız, uzun bir zamandan sonra sizləri yenidən salamlayıram. Bu gündən yeni başlaycağımız məqalə seriyasında sizlərə HP (Hewlett-Packard) şirkətinin təqdim etdiyi Server məhsulları haqqında söhbət açacağıq. Dünya bazarında server istehsal edən bir çox istehsalçı var ki, bunlarda biri də bu bazarda ciddi paya sahib olan HP şirkətidir və günü-gündən bu mövzuda öz bazarını genişləndirməkdədir. Ümumiyyətlə qeyd etmək istərdim ki, əsasən İT sahəsinə yeni qədəm qoyan dostlarımızın qarşılaşdığı məqamlardan biri Server və Server sistemləri anlayışıdır. Mövcud Azərbaycan bazarında da hazırda belə hallara çox rast gəlmək mümkündür. Artıq özümüzündə zamanla vərdiş halına çevirdiyimiz bu anlayış nəyi ifadə edir. Yəni hər hansı bir Workstation üzərində qurduğumuz Server ƏS-mi server sayıla bilməz. Sadə şəkildə izah etsək biz burda iki anlayışla qarşılaşırıq ki, Server anlayışını iki hissəyə ayıraraq hardware və software şəkilində qeyd edə bilərik. Digər vəziyyətdə isə Server anlayışı əsasən dəmiri yəni həmin qurğunu ifadə edir ki, bu qurğu üzərinə qurulacaq ƏS-ləri Server OS yən Server Əməliyyat Sistemləri adlandırılır. Günümüzdə texnologiyanın ciddə şəkildə təkmilləşdirilməsi nəticəsində bir çox son isitfadəçi komputerlərdə ciddi imkanlar nəzərə çarpsa da istisna hallar xaric həmin qurğuların Server kimi istifadə olunması məqsədə uyğun görülmür.

hp-server01

Serverlərin arxitekturası yüksək performansın əldə olunması, darboğazların minimum səviyyədə tutulması, 7/24 saat, illərlə kəsintisiz çalışması, bir neçə tətbiqin bir qurğu üzərində yüksək performanda çalışması, daxil olan geniş istəklərin cavablandırlması və s. bu kimi xidmətləri qarşılamaq üçün hazırlanır. Server ƏS nə qədər yüksək göstəriciləri dəstəkləsə belə arxa planda bu göstəriclərin öz təsidiqini tapmasını həmin server qurğuları təyin və təmin edir. Misal üçün :

Server ƏS / Quruğuları

CPU

RAM

Windows Server 2012 Datacenter Edition

64 sockets

4TB

HP ProLiant Server – DL 380 Gen8

2 sockets

768GB

Burda qeyd olunan göstəricilər nisibidir. Əsasən Server avadanlıqları tərəfdə tez-tez dəyişiklik olunur. Cədvəldən də aydın olur ki, qeyd etdiyimiz HP ProLiant Server – DL 360 Gen8 hazırda tam olaraq Windows Server 2012 Datacenter Edition Server ƏS-nin ehtiyaclarını tam qarşılamır. Bu sadəcə bir misaldır. Bir çox venodorların öz xüsusi ƏS-ləri mövcud olur ki, ancaq spesifik server avadanlıqları üzərində çalışır və ciddi yüksək göstəricilərə malikdirlər (HP Integrity Servers).

Biz məqalələrimizdə HP şirkətinin ProLiant adlandırdığı Server məhsulları haqqında danşıcağıq və bütün testləri istehsalçının hazırkı nəsli olan DL 360 Gen8BL 460C üzərində həyata keçirəcəyik. HP şirkətinin təqdim etdiyi ProLiant məhsulları aşağıdakı kimi bir neçə hissəyə bölünür. Bu serverlər öz daxilində müəyyən kriteriyalara ayrılmışdır.

ML Modular Line Kiçik, orta həcmli müəssisələr üçün və uzaq ofislər üçün daha uyğundur. Tower Server saylmasına baxmayaraq Rack üzərinə sazlamaq mümkündür. Funksionallıq və imkanlarına görə genişlədirilə bilər.
SL Scalable System Yüksək Elmi hesablamar mərkəzi, web-hosting, bulud xidmətləri üçün daha uyğundur.
DL Density Line Rackmount serverlər sırasına daxildir, kiçik, orta, böyük həcmli müəssisələr üçün uyğun modellər mövcuddur.
BL Blade Servers Bulud xidmətləri və böyük müəssisələr üçün daha uyğundur. Blade Serverlər bir növü fiziki qurğuların virtuallaşdırmasını əks elətdirir, enerijiyə qənaət baxımından və digər qənaətlərinə görə çox sərfəlidir.

a) HP ProLiant ML & SL Ailəsi.

hp-server03

b) HP ProLiant BL & DL Ailəsi.

hp-server02

HP ProLiant Serverlər Sənaye Standartı serverlər qrupuna daxildir. Bundan başqa daha kiçik müəssisələr üçün MicroServer modelləri mövcuddur.

HP ProLiant Serverlər seriya olaraq sıralanmışdır. LineSeries məntiqi sabit olaraq davam etmir, istehsalçının dəyişdirdiyi və yeni təqdim etdiyi məhsullara görə daima dəyişklik göstərir. Sadə məntiq aşığıdakı kimi izah oluna bilər.

c) Şəkildən aydın olduğu kimi biz bu tip bir məntiqlə ProLiant serverlərdəki ilkin anlayışları bir-birindən fərqləndirə bilərik. Misal üçün : Seçimimiz HP ProLiant DL 385 olsa idi burdakı 5 rəqəmi AMD-ni təmsil edəcəkdi. “E”“P” həriflərinin açıqlamasından da bəlli olur ki, funksionallıq və yüksək imkanlarına görə eyni model serverlər bir-birindən fərqlənir.

hp-server04

Əvvəlki köhnə nəsil server seriyalarından bəziləri 300 seriyaya daşınmış bəziləri isə yeni nəsil (generation) serverlərlə əvəz olunmuşdur. Əlavə olaraq DL platformasına yüksək imkanlara malik olan  900 seriyası əlavə olunmuşdur.

Dəyişikliklər aşağdakı kimdir.

– Blade Servers

hp-server05

– Density Line

hp-server06

– Modular Line

hp-server07

Scalable System

hp-server08

HP şirkətinin məhsul bazarı çox geniş olduğu üçün server növləri də imkanlarına və funksionallıqlarına görə çox şaxəlidir. Bu məqalə sədəcə oxucular üçün ilkin anlayış və təkmilləşdirməni nəzərdə tutur. Digər məqalələrimizdə daha geniş izahatlar təqdim olunacaq. Aşağdakı keçidləri mütləq analiz etməyinizi tövsiyə edirəm.

HP ProLiant Gen8

HP ProLiant Servers

ProLiant

HP ProLiant Servers

HP Integrity Servers

Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

____________________

MCT

Öyrən, öyrət, gələcəyini birlikdə qur.

Səs: +40. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

  1. Çox yararlı məqalədir!Müəllim, təşəkkürlər!

  2. Elgüc müəllim, çox gözəl izah etmisiniz. Təşəkkür edirəm.

Şərh yazın