GPT diskini MBR-ə və əksinə çevirmək yolu

Salam dostlar. Bu məqalədə GPT diskini necə MBR-ə çevirmək olar haqqında danışacam.

İlk olaraq bu disklərin nə kimi fərqləri olduğu haqqında qısaca məlumata göz gəzdirək.

MBR (Master Boot Record) – diskləri bütün əməliyyat sistemlərində dəstəklənsədə, 4 Primary Partition yaratma və tək partitionun 2 TB (Daha dəqiq 2.2 TB) olması kimi sərhədləri var.

GPT (GUID Partition Table) – yalnız cədvəldə qeyd edilmiş əməliyyat sistemləri  üçün dəstəklənir. Hər bir Partition ayrıca disk məntiqi ilə çalışır və buna görə əməliyyat sistemindən öncə BIOS tərəfindən nəzarət edilə bilir. GPT_vs_MBR_0012 Qeyd: Əgər 2 diskiniz varsa, 1-ni MBR, digərini isə GPT olaraq istifadə edə bilərsiniz. MBR və GPT diskləri eyni dinamik qrupda ola bilirlər.

İndi isə bu əməliyyatı aparmaq üçün 2 yolla tanış olaq. 1) Qrafik 2) Komandalarla

1-ci üsul.

Kompüter üzərində sağ düymə ilə  Manage –> Disk Management açırıq və şəkildə görürük ki, Disk 2-nin üzərində artıq partition yaradılıb.

convert-gpt-to-mbr-1_MDM

Disk2-nin üzərində sağ düymə ilə seçimlərə baxırıq və MBR-ə çevir əmrinin deaktiv olduğunu görürük.

convert-gpt-to-mbr-2_MDM

 Bu seçimin deaktiv olmasının səbəbi disk üzərində partitionun olmasıdır. Nəzərə almaq lazımdır ki, MBR-GPT və ya GPT-MBR çevirməsində partitionlar mütləq silinməli, disk tam partitionsuz olmalıdır.

Əgər bu çevirməni aparacaqsınızsa, MÜTLƏQ həmin disk üzərində olan məlumatlarınız digər bir diskə daşıyın, əks halda məlumatlarınız tam olaraq məhv olacaq.

Partitionu silmək üçün şəkildəki kimi, Partition üzərində sağ düymə ilə seçimləri açırıq və Partitionu Sil deyirik.

convert-gpt-to-mbr-3_MDM

 Sildikdən sonra eyni qayda ilə DİSK2 üzərində Sağ düymə açırıq və MBR-ə çevir seçiminin aktiv olduğunun şahidi oluruq.

convert-gpt-to-mbr-4_MDM

 MBR-ə çevir deyirik, Yeni partition yaradırıq. Eyni qayda ilə də MBR-i GPT-yə çevirmək mümkündür.

2-ci üsul.

Bu üsulda biz diskpart-dan istifadə edərək komandalarla birinci üsuldakı addımları yerinə yetirəcəyik.

ƏMR SƏTRİ-ni İnzibatçı kimi (Run as Administrator) başladırıq. (Şəkil Windows 8-dən götürülüb, aşağı versiyalı ƏS-lərində Sağ düymə ilə Run as Admin deyirik)

convert-gpt-to-mbr-1_DSPRT

 ƏMR SƏTRİ-ndə (CMD) DİSKPART yazıb daxil edirik və aşağıda göstərilən ardıcıllığa əməl edirik.

  • DİSKPART-da list disk deyərək disklərimizin siyahısına baxırıq.
  • DİSKPART-da select disk “Disk nömrəsi” deyərək əməliyyatı icra edəcəyimiz diski seçirik.
  • DİSKPART-da clean deyərək diskdəki partition və bölmələri silirik.
  • DİSKPART-da convert mbr deyərək diskdəki partition və bölmələri silirik. (Əksini etmək üçün convert gpt əmrini icra edirik)
  • DİSKPART-da EXİT daxil edirik və işi tamamlayırıq.
ImportantÖNƏMLİ!!!
clean əmri bütün partitionları siləcək, diskdəki bütün məlumatları 
mütləq ehtiyata alın vəya digər bir diskə köçürün. 

convert-gpt-to-mbr-3_DSPRT

Dostlar, bu əmrlərdən sonra artıq Disk2-nin bölmələrinin silindiyinin və MBR-ə çevrildiyinin şahidi oluruq.

Bəs bu əmrlər bizim işimizə harda yarayacaq?

Təsəvvür edək ki, önümüzdə notebook var, nasazlığı olduğu üçün onu format edib yeni əməliyyat sistemi yazmaq istəyirik. Diskdən BOOT etdikdən sonra normal qaydada C bölməsini format edib, ƏS yazmaq istəyirik, lakin “Bu disk GPT olduğu üçün əməliyyat sistemi yaza bilməzsiniz” deyə bir xəta ilə rastlaşırıq. Bu halda Diskdən BOOT edib INSTALL pəncərəsinə çatdıqdan sonra SHIFT+F10-la ƏMR SƏTRİNİ (CMD) açırıq (Eyni pəncərədə Repair seçimi ilə də davam edib ƏMR SƏTRİNİ açmaq mümkündür ). Bundan sonra isə 2-ci üsulla Diski MBR-ə çevirib davam edə bilərik.

Dostlar, bacardığım qədər aydın izah etməyə çalışdım. Əgər bir xeyiri oldusa, çox məmnun olaram.

GPT diski haqqında əlavə suallara Microsoft-un bu keçidindən  cavab tapa bilərsiniz.

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 3 )

    • / . Dərc edilib:A 20/03/2015 at 8:11 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Maraqlı məqalə idi. CMD-de “convert dynamic” əmrini də vermək olur. Bu halda əməliyyat sistemi yaza bilərik ya mütləq mbr formatına çevirməliyik?

  1. Azər bəy, salam.

    Dilimizdə resurs yaranması üçün sualı sual-cavab bölməsində yerləşdirin. Məqalənin sağ tərəfində Məqaləylə bağlı sual ver – düyməsindən istifadə edə bilərsiniz.

    Sualınıza gəldikdə isə, Dynamic-ə çevirdikdən sonra ƏS yaza bilməyəcəksiniz.

    Məqaləni və cavabları bəyəndiyiniz halda, qiymətləndirməyi unutmayın.

    Təşəkkürlər.

  2. tesekkurler wekil ve yazilarla rahat ve anlawiqli meqale alinib tewekkurler technet.az

    Tewekkurler Elvin Emirov

     

Şərh yazın