Windows Server Update Service quraşdırılması

Bu məqaləmizdə Sizə Windows Server Update Service (WSUS) haqqında məlumat verəcəyik. WSUS kompüterlərin sayının çox olduğu yerlərdə şəbəkə yüklənməsinin qarşısının alınması və yenilənmələrin mərkəzdən idarə edilməsi üçün  nəzərdə tutulmuşdur. WSUS birbaşa Microsoft update-dən və digər bir WSUS serverdən  yenilənmələri sazlanma zamanı təyin olunmuş qovluğa yükləyir,  klient kompüterlər və serverlərsə, yenilənməni GPO-da təyin olunmuş WSUS serverdən götürür. Nəticədə internet trafik azalmış olur.

Windows Server 2012 ilə WSUS üzərində aşağıdakı yeniliklər olmuşdur:

  • WSUS üzərində bəzi idarəetmə əməliyyatlarının aparılması üçün PowerShell əmrləri əlavə edilmişdir;
  • SHA256 şifrələmə imkanı əlavə edilmişdir;
  • Windows Update Agent (WUA) versiyasından asılı olmadan yükləmə aparmaq imkanı əlavə edilmişdir;

WSUS 4.0 üçün minimal sistem tələbləri aşağıdakı kimidir:

  • 1.4 GHZ x64  və ya daha yüksək (tövsiyyə olunan 2 GHZ)
  • 2 GB və ya daha yüksək əməli yaddaş (RAM)
  • 10 GB  və ya daha yüksək yaddaş (tövsiyyə olunan  40 GB)

İndi isə WSUS-un quraşdırılmasına başlaya bilərik. WSUS quraşdırılmazdan əvvəl əməliyyat sistemində son yenilənmələrin (update) aparılması məsləhət görülür. WSUS quraşdırmaq üçün Server Manager-dən Add Roles and Features əmrini seçirik. Ardıcıllıq aşağıdakı şəkillərdə əks olunmuşdur:

wsus-1

Installation type hissəsində Role –based or feature-based installation seçib Next edirik.

wsus-2

wsus-3.1

wsus-3

Server Roles bölməsindən Roles siyahısında olan Windows Update Services seçirik.Seçimdən sonra lazım olan xidmətlər yuxarıdakı şəkildə göstərilmişdir(Web Server ve NET Framework 4.5). Add Features seçərək davam edirik.

Select Features bölməsində lazım olan xidmətlər avtomatik olaraq seçilir. NET Framework 4.5 quraşdırılmış olduğu üçün NET Framework 3.5 yükləməyə ehtiyac yoxdur.Next edirik.

wsus-4

wsus-5

Next edərək davam edirik.

wsus-6

Role Services bölməsindən WID DatabaseWSUS Services seçərək Next edirik.

wsus-7

Content bölməsində şəkildə işarə olunmuş hissəyə yenilənmə fayllarının saxlanacağı kataloqu daxil edib Next edirik.

wsus-8

wsus-9

wsus-10

Web serverdə lazım olan xidmətlər seçildiyi üçün Next edirik.  Confirmation-da İnstall seçərək yükləməyə başlayırıq.

wsus-11

Yükləmə yekunlaşdıqdan sonra Close edirik.

wsus-12

Bundan sonra WSUS üçün lazım olan sazlanmaları apara bilərik. WSUS sazlanmalarına daxil olmaq üçün Server Manager’dən Tools seçərək Windows Server Update Service-a daxil olmaq lazımdır.

wsus-13

Yenilənmə fayllarını saxlayacağımız kataloqu seçib Run edirik.

wsus-14

Proses yekunlaşdıqdan sonra Close edirik.  Açılan pəncərədə Next edərək sazlanmalara davam edirik.

wsus-16

Microsoft Update təkmilləşdirmə proqramına qoşulmaq istdikdə aşağıdakı şəkildə işarə olunmuş sahədəki seçimi təsdiq edib Next edirik.

wsus-17

Şəbəkəmizdə olan ilk WSUS serveri hazırladıqda Synchronize from Microsoft Update seçirik. Əgər şəbəkəmizdə ikinci WSUS server hazırlayırıqsa, bu zaman əsas WSUS serverdən yenilənmələri yükləmək üçün Synchronize from another Windows Server Update Service Server seçirik. Bu məqalədə biz ilk WSUS server hazırlamaq üçün sazlanma aparacağıq.

wsus-18

Əgər şəbəkəmizdə Proxy server varsa, proxy-yə uyğun sazlanmaları daxil etməliyik. Bu hissədə sazlanmaya ehtiyac yoxdursa, Next edirik.

wsus-19

Növbəti mərhələdə Start Connecting seçərək WSUS serverlə Microsoft Update arasında əlaqə yaradırıq.

wsus-20

wsus-22

Microsoft Update əlaqəsi qurulduqdan sonra Choose Languages bölməsindən lazım olan dil paketlərini seçib Next edirik.

wsus-23

Növbəti mərhələdə Choose Products bölməsindən lazım Microsoft məhsulları seçilir.

wsus-24

Choose Classifications bölməsindən ehtiyac olan yenilənmə tipləri seçərək Next edirik.

wsus-25

Configure Sync Schedule bölməsindən yenilənmələrin sinxronizasiya vaxtını təyin etmək mümkündür. Synchronize manually seçimi vasitəsilə yenilənmələri ehtiyac yarandıqda apara bilərik. Synchronize automatically vasitəsilə yenilənmələrin avtomatik yüklənməsi sazlana bilər. Buradan yenilənmələrin yüklənəcəyi vaxt və neçə gündən bir aparılacağı təyin oluna bilər.

wsus-26

wsus-27

Finish seçib sazlanmaları yekunlaşdırırıq. Bundan sonra klientlərin yenilənmələri WSUS serverdən yüklənməsi üçün sazlanmaları apara bilərik. Bu barədə növbəti məqalələrimizdə məlumat verəcəyik.

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 3 )

  1. ətraflı izaha görə təşəkkürlər Kənan müəllim

     

    • Salam. Münasibət bildirdiyiniz üçün təşəkkürlər. 

      P.S. Sosial şəbəkələrdə paylaşmağı unutmayaq, bəlkə kimlərinsədə işinə yarayar. 🙂

  2. sagolun

Şərh yazın