Ubuntu əməliyyat sisteminə RDC vasitəsilə qoşulmaq
Bu məqaləmizdə Sizlərə Ubuntu ƏS-nə RDC ilə qoşulmaq üçün lazım olan sazlanmalar barədə məlumat verəcəyik.
RDC vasitəsilə Ubuntu ƏS-nə qoşulmanı sazlamaq üçün root imtiyazları olan istifadəçisi ilə sistemə daxil olmaq lazımdır. RDC vasitəsilə Ubuntu əməliyyat sisteminə qoşulmaq üçün xRDP sazlanılmalıdır. xRDP quraşdırılmamışdan əvvəl sisteminizdə son yenilənmələrin aparıldığına əmin olmalısınız. Bundan sonra xRDP proqramını həm Ubuntu Software Center-dən, həm də Terminal-dan istifadə edərək (ctrl-alt-T) sistemə quraşdıra bilərik.
Terminalda sudo apt-get install xrdp komandasını daxil edirik. Parolu daxil etdikdən sonra lazım olan paketlər yüklənməyə başlanır.
Paketlər yükləndikdən xRDP olan sistemə RDC ilə daxil olan zamanı görüntüylə bağlı problem yaşamamaq üçün sudo apt-get install gnome-session-fallback komandasını daxil edirik.
Yükləmələr yekunlaşdıqdan sonra echo gnome-session –session=gnome-fallback > ~/.xsession komandasını işə salmalıyıq. Bu zaman istifadəçinin Home katoloqunda .xsession faylı yaranır. İstifadəçi xRDP olan kompüterə qoşulan zaman qrafik sazlanmalar bu faylda olan məlumatlara əsasən yüklənir. Bütün bunları yüklədikdən sonra sudo service xrdp restart komandası vasitəsilə xRDP-ni restart edirik. Bir neçə dəqiqə gözlədikdən sonra xRDP quraşdırılmış kompüterə qoşula bilərik.
Qoşulduğumuz sistemdən çıxmaq üçün gnome-session-quit –logout komandasından istifadə etmək lazımdır.
Şərhlər ( 1 )
Kişisən halaldı saa Kənan))) Uğurlar.