Group Policy ilə Desktop şəklini dəyişmək
Salam Dostlar, bu məqaləmizdə mərkəzdən bütün istifadəçilərin Desktop şəklini dəyişdirəcəyik.Eyni zamanda istəyirik ki, istifadəçilər özləri Desktop şəklini dəyişə bilməsinlər.İndi isı bunları tətbiq etməyə başlayaq.İlk öncə hansı şəkil ki, istəyirik Desktop şəkli olsun, onu seçib, paylaşımda olan qovluğun içərisinə yerləşdiririk.
Daha sonra isə hansı istifadəçilərə tətbiq etmək istəyiriksə, həmin istifadəçilər yerləşən Organizational Unit altında Group Policy Object açırıq və aşağıdakı yerə gəlirik:
User Configuration>Policies>Administrative Templates>Desktop>Desktop
Altına gəlirik və burada “Enable Active Desktop” ilə “Prohibit changes” üzərində dəyişiklik edirik.
Sonra isə eyni yerdə User Configuration>Policies>Administrative Templates>Desktop>Desktop
“Desktop Wallpaper” üzərində dəyişiklik edib, bizə lazım olan şəkli burada təyin edirik.
Sonra isə Invoke-GPUpdate -Force əmri verib, hər hansı bir istifadəçi ilə kompüterə daxil oluruq.
Daxil olduqdan sonra isə görürük ki, Desktop şəkli dəyişmişdir.Eyni zamanda biz bu şəkli dəyişmək istəsək belə, bunu edə bilmirik.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA
Şərhlər ( 4 )
Əlləriniz yorulmasın inşallah. Gözəl məqalədir
Təşəkkür edirəm!
Siz də həmçinin yorulmayasınız, İnşAllah! 🙂
Salam Fərhad bəy məqaləyə görə təşəkkürlər.Bir sualim var desktop wallpaper policy hissəsində şəkli local path kimi yerləşdirsək o zaman bu şəkil bütün domenə tətbiq olunacaq yoxsa yox?.Çox sağ olun.
teşekkürler