Windows 7 qısayol düymələri

Salam. Bu günkü məqalədə Windows7 –nin birbaşa düymələri haqqında danışmaq istədim. Nəzərinizə çatdırım ki, bu əmrlərin bəziləri yaınız Windows aero stil aktiv olandan sonra işləyir. İşlədəcəyimiz düymələr barədə məlumat verim, bu düymələrdən biri üzərində pəncərə işarəsi (Windows logosu) olan düymədir. O,PC lərdə adətən sol tərəfdəki  Ctrl və Alt düymələrinin arasında, notbuklarda isə Fn və Alt düymələri arasında yerləşir. Menu düyməsi isə sağ tərəfdəki Ctrl düyməsinin yanında yerləşir və üzərində tekst və mouse oxunun şəkli var. Hər hansı iki düymənin kombinasiyası onu göstərir ki, göstərilən ilk düyməni basıb tutandan sonra,onu buraxmadan ikinci düyməni də basmaq lazımdır. Bu düymələrin bəzilərini təqdim edirəm.

  • Win+Home kombinasiyası – Aktiv pəncərədən başqa bütün pəncərələrin qatlanması
  • Win+Space – Bütün pəncərələrin şəffaf edilməsi
  • Win+Up – Aktiv pəncərəni bütün ekran boyu açmaq
  • Win+down – Aktiv pəncərələri bağlamaq və yaxud əvvəlki orta ölçüyə qaytarmaq
  • Alt+Tab – Açıq pəncərələrin (proqramların) təqdimetmə naviqasiyası
  • Win+Tab –   Aero stilində təqdimetmə naviqasiyası
  • Win+(istənilən rəqəm)  – Həmin rəqəmin altında gözləyən proqramın açılması
  • Shift+ Win+rəqəm – Həmin rəqəmin altında olan proqramən daha bir kompyasını açmaq.
  • Alt+ Win+rəqəm – Həmin rəqəm altında olan proqramın camplistini təqdim edir.
  • Win+T – Taksbarda olan proqramları ardıcıllıqla görüb,açmaq üçündür
  • Ctrl+Shift+(proqramın üstünə klik) – Proqramı Administrator kimi açır
  • Win+E  – My Computeri açır
  • Ctrl+Shift+N – Yeni qovluq yaradır
  • Win+P – Prezentasiya rejimi üçündür.(ikinci monitor və ya proektora qoşulmaq üçündür)
  • Win+ (+ və ya -) Bu kombinasiya bir növ ekran böyüdücüsüdür.Görüntünü böyütmək və kiçiltmək üçündür.
  • Win+G – Əyər qadjet varsa,onu ön ekrana çıxarır
  • Ctrl+Esc – Strat menyusunu açır
  • Ctrl+Shift+Esc – Əmr dispetçerini çağırmaq üçün
  • Win+R – Run menyusunu çağırmaq üçün
  • Win+D – Bütün pəncərələri aşağı endirir,iş masasını göstərir
  • Win+L – Gözləmə rejiminə keçir
  • Win+F – Axtarış pəncərəsini açır
  • Win+Ctrl+F – Komputerdə axtarış pəncərəsini açır
  • Printscreen – Ekranın şəklini cəkmək üçündür
  • Ctrl+A – Hamısını seç
  • Ctrl+C – Hamısınl kopyala
  • Ctrl+V – Hamısını yerləşdir
  • Ctrl+X – Götür

Gələn mövzuda davam etmək ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Şərh yazın