Line Attenuation, SNR, SNR margin, CRC nədir?

Salam dostlar. Bu yazımda qısa olaraq ADLS modemlərimizdə qarşılaşdığımız Line Attenuation, SNR, SNR margin terminləri haqda məlumat verməyə çalışacağam.

Line Attenuation: Bu xətt zəifləməsini göstərən dəyərdir. Xəttin bir ucundan çıxan siqnal dəyərinin alındığı yerdəki siqnal dəyərindən çıxarılmasıyla tapılır. Təbii ki nə qədər az olsa o qədər yaxşıdır. Bunun ən pisi 60 dB kimidir. 60 dB-dən çox dəyərlərdə xətt problemi var deməkdir. Xüsusilə sürətli əlaqələrdə problem yaşamamaq üçün bu dəyərin 40 dB-dən az olması lazımdır.

SNR Signal Noise Ratio: Bu ünsiyyət siqnalının xəttdəki mənfi təsirlərə(şum) nisbətidir.

SNR Margin: Bu ADSL siqnalının mənfi təsirlərin(şum) səviyyəsini göstərərir. 6 dBdən az olması halında ADSL-ə əlaqə qurulmaz. Bunun yaxşı dəyəri 14 dB və üstü sayılır.

CRC – Cyclic Redundancy Check: sözlərinin baş hərflərindən törədilmiş bir qısaltmadır və məlumatların səhvli olub olmadığını bilməmizə kömək edən bir üsuldur. Məlumat çatdırılarkən ya da saxlanılarkən, çatdırdığımız/saxladığımız məlumat ilə alınan məlumatın eyni olduğundan əmin olmamız lazımdır. Məlumatlar mesaj xəttində hər hansı bir itikiylə qarşılaşarsa bunu bilməmiz və məlumatların yenidən çatdırılması lazımdır. CRC, bu məqsədlə istifadə edilir.

Səs: +20. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

  1. Təşəkkürlər mövzu üçün.

  2. Diqqətiniz üçün minnətdaram

Şərh yazın