AD və SYSVOL replikasiya vəziyyəti
Salam Dostlar, bu məqaləmizdə Group Policy Object`in Domain Controllerlər arasında replikasiya olunub və olunmamasını izləməyi öyrənəcəyik.Bildiyiniz kimi Windows Server 2012`də bir çox şeylər asanlaşdırılıb və bizlərin rahatlığı üçün nəzərdə tutulub.Bunlardan biri də GPO`nın vəziyyətinin öyrənilməsidir. Windows Server 2008`də GPMC`yə nəzər salsanız, orada qrafik interfeysdə bizə kömək edən heç bir şey yoxdur.Amma Windows Server 2012`də GPMC`ə nəzər salsanız, orada STATUS bölməsini görəcəksiniz.
Nümunə hər hansı GPO`nu götürüb, onun məlumatlarına baxaq.Gördüyünüz kimi burada ətraflı məlumat ala bilirik.Əgər, bir problem olarsa, bu pəncərədə bunun haqqında da məlumat veriləcək.
Məlumat ala bilmək üçün bizə lazım olan Domain Controlleri siyahıdan seçirik.
Daha sonra isə “DETECT NOW” düyməsinə sıxıb, məlumatları alırıq.
Əgər, hər hansı bir problem olsa, onun səbəbini də görə bilərsiniz.Kiçik məqalə olmasına baxmayaraq, fikrimcə, yararlı olacaq.GPMC ilə gələn yeniliklərdən daha birini öyrənmiş olduq.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012
Şərhlər ( 2 )
Təşəkkürlər. Yararlı mövzudur.
Müəllim, mən təşəkkür edirəm! 🙂