Windows yeniləmə probleminin həlli yolları

Salam dostlar. İstəyirəm sizi son vaxtlarda qarşılaşdığım bir problemin həlli yolu ilə tanış edim. Deməli, əməliyyat sistemini yeniləmək istərkən aşağıdakı xəta ilə qarşılaşırdım. Bu problem daha çox x64 platformalı əməliyyat sistemində qarşıma çıxıb.

Win_Update_Error

İnternetdə araşdırarkən bu problemi həll etmək üçün müxtəlif variantlarla qarşılaşdım. Bir neçəsini qısaca paylaşıram və sonra özümün işlətdiyim həll yolunu göstərəcəm.

1) Microsoft şirkətinin təqdim etdiyi Avtomatik Həll Et (Fixİt) vasitəsidir. Bunun üçün bu keçiddən istifadə edin. (Qeyd: Səhifənin dilini özünüzə uyğun olanına Select a language vasitəsilə dəyişə bilərsiniz)

2) Microsoftun səhifəsindən Yeniləmə Problemini aradan qaldıran Düzəlişi yükləməklə. Bunun üçün bu keçiddən istifadə edin. Əməliyyat sisteminizin xüsusiyyətlərinə uyğun olanını seçib, saytdan endirin.

Xüsusiyyətləri dəqiqləşdirmək üçün, Başlat (Start) –> İdarəetmə paneli (Control panel)  –> Sistem və Təhlükəsizlik (System and Security)  –> Sistem (System) istifadə edirik.

3) Antivirusu proqramımızı müvəqqəti olaraq deaktiv edərək yeniləməyə çalışırıq. Antivirus proqramının konflikt yaradıb-yaratmamasını dəqiqləşdirmək üçündür.

4) Əməliyyat sistemimizi Clean Boot – ilə yükləyərək yoxlayırıq. Bu əməliyyat sisteminin digər proqramlarla konfliktinin olub-olmamasını dəqiqləşdirmək üçündür. Məlumat üçün bildirim ki, bu halda minimal driverlər və servislər yüklənir. Bunu necə etmək lazım olduğunu bu keçiddən öyrənə bilərik.

5) Və 5-ci üsul, hansı ki, mənim başıma gələn yeniləmə problemini həll etdi. Bu həll variantı 3-cü və 4-cü variantın köməyi olmadığı halda edilsə, daha düzgündür.

Başlat (Start) açdıqdan sonra cmd yazırıq və üzərində sağ düymə ilə Administrator kimi aç (Run as Administrator) deyirik.

Açılan pəncərəd aşağıdakı komandaları ardıcıl olaraq yazırıq və hər yeni sətirdə Enter düyməsini basırıq.

net stop wuauserv 

ren c:\windows\SoftwareDistribution softwaredistribution.old 

net start wuauserv 

exit 

Komandalardan sonra şəkildə gördüyümüz kimi yeniləmə servisi söndürüləcək, qovluğ dəyişdiriləcək və servis yenidən başladılacaq.

Net_stop_wuauserv

Bu komandalardan sonra yeniləməni başladırıq.  Əgər həll yolu işimizə yaradısa eyni xətanı görməyəcik və Microsoft yeniləmələrinin siyahısı ilə qarşılaşacıq. 

windows-update

Bu qədər. Güman edirəm ki, işinizə yarayacaq. Uğurlar.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərh yazın