EGP & IGP (xarici və daxili routing protokollar)

Marşurutizasiya paketin bir şəbəkədən digərinə daşınmasıdı. Bu proses o zaman əhəmiyyətli olur ki, sənin ən azından bir neçə şəbəkən və hər biri ayrıca ip diapazonlara malik olsun. Misal üçün, sizin topologiyanızda bir neçə router vardsa onda  dinamik marşuritizasiya haqda düşünməyə dəyər əks halda bunun tətbiqinə belə ehtiyac qalmır çünki, statik marşurutla bu məsələni həll etmək olar. Ümumiyyətlə bütün hallarda statik marşurutlardan istifadə etmək olar sadəcə fərq onda olur ki,  fiziki işlər çoxalır və hər yeni cihaz haqda məlumat zəhmət bahasına başa gəlir. Dinamik marşurutizasiya bu işi həyata keçirir və əlavə  işə ehtiyac qalmır.
İGP avtonomiya daxilində işləyən bir sistem olaraq marşuritizasiya işlərini həyata keçirir. Adi sözlə desək İGP  dinamik protokollar silsiləsidi hansıki, bu protokollar vasitısilə router-lər arasında informasiya mübadiləsi aparılır. Bunlar dinamik marşurutlar haqqında informasiyaları özlərində cəmləşdirir və paketlərin bir yerdən digərinə göndərilməsi üçün həmin marşurutlar əsasında yol təyin olunur. Avtonomiya deyəndə dinamik protokollar vasitəsilə  qeydə alınmış marşurutlar toplusudu.

EGP-İGP

İGP (İnterior Gateway Protocol) iki kateqoriyaya bölünür.
Məsafə vektoru ilə işləyən protokollar (Distance Vector Protocols) və Əlaqə vəziyyətini nəzərə alan Protokollar (Link State Protocols)
Distance Vector Protocols:
RİP (Routing İnformation Protocol)
İGRP (İntermediate Gateway Routing Protocol)
Link State Protocols:
OSPF (Open Shortest Path First)
İS-İS (İntermediate System to İntermediate System)
Digər bir protokol hansı ki, hər iki kateqoriyaya aid olunur. Bu EİGRP adlanır. Bu protokol həm məsafə vektoru  həmdə əlaqə vəziyyətini nəzərə alan protokolların bütün xüsusiyyətlərini demək olar ki, özündə əks etdirir.

IGP-EGP

EGP (Exterior Gateway Protocols)
Bu protokol hazırda protokol kompozisiyası rolunu aparır lakin bir çox il bundan əvvəl bu  sistem özü bir  dinamik protokol kimi istifadə olunurdu. Lakin bu   protokol yenisi ilə əvəz olundu yəni BGP (Border Gateway Protocol) adını almışdır. Həmçinin adı ilə bahəm iş prinsipindədə  köklu dəyişiliklər olmuşdur.
EGP-yə daxil olan protkol BGP adlanır. Onuda qeyd edim ki, OSPF-də bu protokola aid olunur yəni bu protokol həm daxili həmdə xarici  (İGP-EGP)  dinamik protokol rolunda  çıxış etmək imkanına malikdi. Amma  tam olaraq xarici protokol kimi BGP  cixış edir. Əminliklə qeyd etmək olar ki, bu gün internet BGP üzərində işləyir.  Bu haqda daha ətraflı novbəti  məqaləmizdə məlumat verecəyik. Avtonomiyadan kənara çıxmaq üçün EGP böyük rol oynayır. Ümumiyyətlə EGP-nin İGP-dən fərqi onu xarici  topologiyalarda harda ki, internet deyilən ünsür fəaliyyət göstərir. Ama onuda qeyd edim ki daxili şəbəkələrdədə bu istifadə oluna bilər amma isitsna hallarda. İGP isə yalnız daxili topologiyalarda istifadə olunur.

Əlavə qaynaq.

http://en.wikipedia.org/wiki/Interior_gateway_protocol

http://en.wikipedia.org/wiki/Exterior_Gateway_Protocol

Mövzu barədə bütün sualları http://www.technet.az/forum/  yaza bilərsiniz. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Ağa Hüseynov
___________
CCNP

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Ağa Hüseynov

Şərh yazın