Windows Server 2012 Active Directory sazlanması – PowerShell

Xoş gördük, Bu məqaləmzidə PowerShell vasitəsilə Server 2012 üzərində  Active Directory xidmətinin necə sazlanmasına nəzər yetirəcəyik. Active Directory haqqında portal üzərinə yetərli məqalə mövcud olduğu üçün bu xidmətlə bağlı suallarınıza digər məqalələrdə cavab tapa bilərsiniz. Bu məqaləmizdə Powershell vasitəsilə qurulum gerçəkləşdirəcəyik. Bu addımlar eyni ilə GUİ və Core üzərində həyata keçirə bilərik. Aşağıda Domain xidmətinin sazlanması bir neçə fərqli misallarla izah etməyə çalışacağıq. Bu misallardan yola çıxaraq öz qaydalarınıza uyğun powershell əmrlərini tətbiq edə bilərsiniz.

Domain xidmətinin sazlanmasını tamamlamaq üçün ilk öncə bu xidmətə aid ilk sazlamaları həyata keçirək. Əmrin icrası aşağdakı kimidir (GUİ).

– Powershell əmri – bu əmr təqdim olunan misalların hər hansı birinin tətbiqindən öncə icra olunmalıdır.

PS C:\Users\Administrator> Install-WindowsFeature AD-Domain-Services –IncludeManagementTools

Powershell_DC_01

– Misal 1 – Əmrləri aşağıdakı şəkildə icra edərək DSRM (DSRM nədir ?) şifrəsini daxil edib davam edirik.

a) Install-ADDSForest -DomainName technet.az   -InstallDNS:$True  –SafeModeAdministratorPassword (Get-Credential).password

Powershell_DC_02

b) Bu pəncərədə əməliyyatın tamamlanması üçün Y və yaxud A əmrini icra edirik.

Powershell_DC_03

c) Bidiriş pəncərəsi ilə qarşılaşdıqdan sonra sistem yenidən başlaycaq və domain xidmətə hazır hala gələcəkdir.

Powershell_DC_04

d) Sazlama tamamlandıqdan sonra Get-ADForest və Get-ADDomain əmrini icra etdikdə ForestMode və DomainMode sətrlərinin qarşısındakı Windows2012R2 yazısından bəlli olur ki, FFL və DFL  Server2012R2 səviyyəsindədir. Əgər biz bunu qurulum zamanı dəyişmək istəsək Misal 2-də qeyd etdiyimiz qaydadan yararlana bilərik.

Powershell_DC_05Powershell_DC_06

– Misal 2 –

a) Install-ADDSForest -DomainName technet.az –DomainMode Win2008R2 -ForestMode Win2008R2  –SafeModeAdministratorPassword (Get-Credential).password

Powershell_DC_07

b) Gördüyümüz kimi Domain  xidməti sazlandıqdan sonra FFL və DFL Server 2008 R2 səviyyəsindədir.

Powershell_DC_08

– Misal 3 –

Bu misalda isə Domain xidmətinin sazlanmasın bir az da genişləndirilmiş şəkildə izah olunub.

Install-ADDSForest -DomainName technet.az -CreateDNSDelegation:$False -DataBasePath “C:\Windows\NTDS” -ForestMode Win2012R2 -DomainMode Win2012R2 -DomainNetBiosName technet -LogPath “C:\Windows\NTDS” -SysvolPath “C:\NTDS\Sysvol”

   Powershell_DC_09

Məqalədən də göründüyü kimi bu mövzumuzda  Domain sazlanmasından çox Powershell əmrlərinin səmərəliliyi nə qədər artırdığının şahidi oluruq.

Qaynaqlar.

Install-ADDSForest

Install-ADDSDomainController

Install Active Directory Domain Services

Başqa bir PowerShell məqaləsində görüşmək arzusu ilə.

Qeyd : Mövzu daxilində qeyd etdyimiz FFL və DFL haqqında həftə sonu məqalə təqdim olunacaq.

Elgüc Yusifbəyli
________________
MCT
Müəllif hüquqları qorunur

Səs: +30. Bəyənilsin Zəifdir

Şərh yazın