Azərbaycanda daxil olan trafikin orta sürəti açıqlanıb

www-300“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,74 Mbit/saniyə təşkil edir.

Xatırladaq ki, ötən ilin dekabrında bu göstərici 3,55 Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 3,95 Mbit/s, Sumqayıt üzrə isə 2,87 Mbit/s təşkil edir. Nəticələr şirkətin 2013-cü il fevralın 1-dən martın 2-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib.

Testlərin aparılması üçün 327287 unikal IP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə 120-ci yerdə qərarlaşıb. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Honqkonq (46.25 Mbit/s), Sinqapur (40.63 Mbit/s) və Andorra (38.39 Mbit/s) qərarlaşıb. Azərbaycanda xaric olan trafikin orta sürəti 1.44 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 122-ci yerdə qərarlaşıb.

Bakı üzrə bu göstərici 1,56 Mbit/s, Sumqayıt üzrə isə 0,76 Mbit/s təşkil edir. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (34.19 Mbit/s), Honqkonq (31.04 Mbit/s) və Cənubi Koreya (30.05 Mbit/s) qərarlaşıb.

Mənbə: www.ictnews.az

Şərh yazın