“Evlərə optika” layihəsinə start verilir

family-home-computer-640“Evlərə optika” layihəsinə start verilir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib.

Onun sözlərinə görə, bu layihənin tətbiqi ilə “Baktelekom” abunəçiləri üçün son mill problemi – yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll edilmiş olacaq.

Baş mütəxəssis bildirib ki, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, son mill probleminin tamamilə həll edilməsi üçün FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) işləri həyata keçirilərək BTRİB şəbəkəsinə inteqrasiya olunacaq. Bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin (Ethernet 10/100 və 10/100/1000), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay video xidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.

“Bu layihə başa çatdırıldıqdan sonra Bakıda internetin sürəti 30 mbit/s yuxarı olacaq”- deyə E.Qədirov bildirib

Mənbə: www.ictnews.az

Şərhlər ( 3 )

  1. Azərbaycan sadəcə Bakıdan ibarətdir?!

    Əməyin üçün təşəkürlər…

    • Bu sualı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi , Dövlət Neft Fonduna ve Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirova unvanlamaq lazımdır… 🙂

      Diqqətinizə görə təşəkkürlər…

    • Fərid Mirzəyev / . Dərc edilib:A 28/02/2013 at 3:53 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Bu layihə ilkin olaraq tək Bakı üçün nəzərdə tutulsa da hər halda böyük layihədir, həyata keçirilsə əla olar.
    Yəqin tədricən bölgələrə də istiqamətlənər.

Şərh yazın