Windows7 Administrator şifrəsini dəyişmək
Salam Dostlar,
Bəzən olur ki, Windows 7 Administrator şifrəsini unuduruq və yaxud kimsə bizdən unudulmuş Administrator şifrəsini dəyişməyimizi istəyir.Bilirəm indi deyirsiniz ki, bunu Live CD`lər ilə etmək olur.Amma siz də razı olarsınız ki, hər zaman əlimizin altında Live CD olmur.Bunun ilk öncə Windows 7 DVD`sini kompüterə yerləşdirib, bu DVD`dən Boot edirik.Daha sonar aşağıdakı pəncərədə “NEXT” düyməsinə sıxırıq.
Növbəti pəncərədə “Repair your computer” seçib, davam edirik.
Sonra aşağıdakı kimi kiçik pəncərə açılır bunu da “NEXT” deyərək keçirik.
Bundan sonar isə bizə lazım olan alətlər pəncərəsi açılır.Biz buradan Command Prompt seçirik.
Sonra isə CMD`də “copy C:\windows\system32\sethc.exe c:” yazırıq.Burada “C” hərfi bizim ƏS yerləşən hissədir.Aşağıdakı şəkildə gördüyünüz kimi mən “D” yazmışam.Mənim nümunəmdəki kompüterin ƏS “D” hissəsində yerləşir.
Buarada onu da qeyd edim ki, bəzən olur ki, ƏS yerləşdiyi hissə qrafik interfeyslə CMD üzərində fərqlənir.
Yuxarıdakı əmri yazdıqdan sonra bu əmrin təsdiqləndiyi haqqında məlumat alırıq.
Sonra CMD üzərində “copy c:\windows\system32\cmd.exe c:\windows\syetem32\sethc.exe” əmrini yazıb, “ENTER” düyməsinə sıxırıq.Bizdən bu əmri təsdiqləməyimizi istəyəcəkdir.”YES” düyməsinə sıxaraq davam edirik.
Bu son əmri də yerinə yetirdikdən sonra “EXİT” əmrini yazaraq, CMD`dən çıxırıq və kompüteri “RESTART” edirik.Yəni yenidən başladırıq.
Daha sonra isə Login ekranında tez-tez 5 dəfə “SHİFT” düyməsinə sıxırıq.Kiçik pəncərə açılır, bunu “YES” deyərək, bağlayırıq.
Gördüyünüz kimi artıq bizim qarşımızda CMD pəncərəsi var.İndi Administrator şifrəsin asanlıqla dəyişə bilərik.Bunun üçün “net user username password” əmrin istifadə edirik.Bizim nümunədə bu əmr bu cürdür: net user Administrator 1234567
Yuxarıdakı şəkildən də gördüyünüz kim əmri yazırıq.Sonra “ENTER” düyməsinə sıxaraq, bu əmri təsdiqləyirik.
Əməliyyatın uğurla başa çatdığı haqqında məlumat alırıq.Artıq kompüterimizdə Administrator istifadəçisi və 1234567 şifrəsi ilə daxil ola bilərik.
Ümid edirəm ki, yararlı məqalədir və bir çox insanın işinə yarayacaqdır.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012
Şərhlər ( 3 )
Təşəkkürlər Fərhad bəy məlumat üçün.
Əla bir üsuldur. Təşəkkürlər.
Tesekkurler Ferhad bey , iseme yaradi