SyncToy proqramı
Salam Dostlar, bu məqaləmizdə Microsoftun kiçik proqramı olan SyncToy haqqında danışmağa çalışacağıq.Həqiqətən gördüyü işə görə həcmi çox kiçikdir.Məqaləmizdə gördüyünü işdən danışacağıq.İnternet üzərindən bir nəfər IT mütəxəssislə söhbət edirdim.Söhbət bu tip proqramlara gəldik də o mənə bu SyncToy proqramını incələməyi təklif etdi.Əslində düşündüm ki, adi Sync proqramıdır, amma elə deyilmiş.Onla sağollaşan kimi baxmayaraq ki, əlimdə işim var idi, bu proqramı kompüterimə qurub, sınamağa başladım.Gördüm ki, həqiqətən çox yararlı proqramdır.Bundan sonra qərara aldım ki, bunu sizlə də bölüşüm.Yuxarıda qeyd etdiyim kimi adı SyncToy olsada biz burada özümüz seçim edə bilirik, proqramlar sync olunsun ya yox, və yaxud hardan-hara köçürülsün.İndi isə keçək bu proqramı incələməyə başlayaq.Unutmamış bu proqramı yükləmək üçün sizə keçidi verim:
Proqramı yüklədikdən sonra qururuq.Qurulma ardıcıllığını şəkillərdə görə bilərsiniz.
Bununla da proqramın qurulumu başa çatır.Daha sonra “START” düyməsindən SyncToy proqramını açırıq, bizi aşağıdakı pəncərə qarşılayır.Burada ikinci seçimi seçərək, davam edirik.
Növbəti pəncərədə isə “Create New Folder Pair” düyməsini sıxırıq.
Bundan sonra isə kiçik pəncərə açılır.Burada gördüyünüz kimi “LEFT” və “RİGHT” folder adlanan 2 hissəyə bölünür.Burada “Left Folder” adlanan hissədə yerləşən faylları, “Right Folder” adlanan hissədə olan qovluğa köçürdəcəyik.Bizim təcrübədə FRHD_İNFO qovluğundakı faylları TECHNET_AZ qovluğuna köçürdəcəyik.
Yuxarıda qovluqları təyin etdikdən sonra davam edirik.Davam etdikdə isə bizi aşağıdakı seçimləüzbəüz qoyan bir pəncərə ilə rastlaşırıq.
Məqalənin əvvəlində sizə qeyd etmişdim ki, bu proqram ancaq Sync etmir, başqa işləri də görə bilir.İndi bu seçimləri izah edək.
Synchronize: Hər iki tərəfdəki qovluqda dəyişiklik olarsa, bunu digər tərəfə də ötürür.Qovluq daxilindəki faylların sayında azalma və yaxud artım olarsa, fayl adlarında dəyişiklik olarsa, hər hansı tərəfdə fayl silinərsə, digər tərəf də bunu özünə tətbiq edir.
Echo: Yeni və üzərində dəyişiklik olan fayl “Left Folder”`dən “Right Folder”`ə ötürülür.Hər hansı faylın adı dəyişdirilərsə və yaxud hər hansı fayl silinərsə, bu dəyişiklik soldan sağa ötürülür.
Contribute: Yeni və üzərində dəyişiklik olan fayl “Left Folder”`dən “Right Folder”`ə ötürülür.Hər hansı faylın adı dəyişdirilərsə bu dəyişiklik soldan sağa ötürülür.Ancaq sol tərəfdə hər hansı fayl silinərsə, bu sağ tərəfə ötürülmür.
Fikrimcə, ən işə yararlı seçim, Contribute`dır.Mən burada Contribute seçərək davam edirəm.
Yuxarıdakı pəncərədə isə qovluğa ad veririk.Sonra FİNİSH düyməsinə sıxırıq.
Yuxarıda da gördüyünüz kimi tənzimləmələrimiz hazırdır.”RUN” düyməsinə sıxaraq, “Left Folder”`də olan faylları “Right Folder”ə ötürürük.
Bu məqaləmizdə çalışdıq ki, bu kiçik proqram haqqında ətraflı məlumat verək.Növbəti məqalələrimiz birində çalışacağıq ki, bu ötürməni zamanla təyin edək.Yəni özümüz “RUN” düyməsinə sıxaraq bunu etməyək.Ümid edirik ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012