Ofis 365 nədir?
Bunu Microsoftun verdiyi açıqlamalar ilə izah etməyə çalışacağam…
Vaxta qənaət
- MT müəssisəsi, işlçilərin son günlərdə manual olaraq reallaşdıqları birdən çox qaynaqdan məlumat götürmə və analiz etmə kimi gündəlik vəzifələri avtomatik hala gətirə bilər.
- İşləyənlərin ehtiyac duyduqları məlumatlara harada və nə vaxt olursa olsun bir kompyuterdən, telefondan və ya vebdən çata bilər.
Xərclərə Qənaət
- Sənəd kitabxanalarıyla e-mail əlavələrini azaltmağa köməkçi olun.
- Konfrans xüsusiyyətini istifadə edərək səyahət xərclərini azaltmağa köməkçi olun.
- Uzaq məsafə xərclərindən, mesajlaşma xərclərindən və telefon baxımından Birləşmiş Ünsiyyət platforması sayəsində qənaət edin.
- OpenXML formalarıyla sənəd yığma sahənizin tutumunu artırın.
- Çoxlu və ayrı sistemlərin davamlı lisans və baxım xərclərini ortadan qaldırın.
Məhsuldarlığı artırın
- İşlərin daha sürətli və asan şəkildə yerinə yetirilməsini təmin edin.
- İşinizi davamlı olaraq inkişaf etdirə bilmək məqsədiylə müddətləri və proseduraları analiz etmək üzrə məlumatlarınızı istifadə edin.
- Təşkilati axtarış sayəsində məlumatı tapmaq üçün xərclənən vaxta qənaət edin.
- Tanış texnologiyayla fərqli iş tərzlərinə imkan verərək təhsil xərclərini azaldın və adaptasiyanızı artırın.
- Daha yaxşı bir ünsiyyət və birlikdə iş imkanı təmin edərək məlumatları əldə etmə imkanınızı artırın.
İşinizin böyüməsində iştirak edin
- Təşkilatınızın işçiləri daha doğru qərarlar ala bilmək üçün ehtiyac duyduqları kritik məlumatlara çata bilər .
- Daha yaxşı görüntü zəif olan sahələrin ortaya çıxmasına köməkçi olar.
Yuxarıda verilmiş paketlərdən fərqli olaraq təhsil təşkilatları və xüsusi cəmiyyət quruluşları üçün ödənişsiz və ya çox sərfəli qiymətlərdə təmin edilən məhsul növləri, paketləri də var.
Bu məhsul haqqında maraqlandığım vaxtlarda Ofis 365 məhsulunun daha az maadi vəsait və ya xərc tələb etdiyini gördüm. Mövcut olan sistemi Ofis 365 üzərinə daşıma və ya təməldən sisteminizi bu məhsul üzərində qurma əsnasında ediləcək işi əvvəlcədən yaxşı planlaşdırdıqdan sonra bu məhsulu almaq ilkin mərhələ üçün vacib şərtdir.
Yararlı olması ümüdi ilə…
IT Mütəxəssis : Vüsal Məstəliyev