Linux’da faylların sıxılması, açılması və split
Bu məqaləmizdə zip (unzip), bzip2 (bunzip2), gzip (gunzip) və tar komandaları vasitəsilə faylların sıxışdırılması və açılmasını öyrənəcəyik.
– GZIP (GUNZIP)
İlk növbədə gzip’in sıxma özəlliyinə baxaq:
#gzip –c test.txt > test.txt.gz
Burada test.txt faylını saxlayır və test.txt.gz faylını düzəldir.
#gzip -1 test.txt
#gzip -9 test.txt
Burada 1’dən 9’a qədər sıxma dərəcəsidir. Yəni 100mb’lıq faylı 1 yazaraq sıxsaq təxminən faylın həcmini 6mb edir, 9 yazaraq sıxsaq 3mb edir. Və bu cür sıxma zamanı faylın orijinalı (test.txt) silinir.
İndi isə sıxılmış faylı açaq.
#gunzip –c test.txt.gz > test.txt
Burada test.txt.gz faylını silmir test.txt faylını cıxardır
#gunzip test.txt.gz
Burada isə test.txt.gz faylını silir və test.txt faylını cıxardır.
– BZIP2 (BUNZIP2)
#bzip2 –c test.txt > test.txt.bz2
Burada test.txt faylını saxlayır və test.txt.bz2 faylını düzəldir.
#bzip2 test.txt
Bu cür sıxma zamanı faylın orijinalı (test.txt) silinir. Və test.txt.bz2 faylı düzəldir.
İndi isə sıxılmış faylı açaq.
#bunzip2 –c test.txt.bz2 > test.txt
Burada test.txt.bz2 faylını silmir test.txt faylını cıxardır
#bunzip2 test.txt.bz2
Burada isə test.txt.bz2 faylını silir və test.txt faylını cıxardır.
– ZIP (UNZIP)
#zip test.txt.zip test.txt
Burada test.txt faylını saxlayaraq test.txt.zip faylını düzəldir
#unzip test.txt.zip
Bu komanda test.txt faylını zip’dən çıxardır.
– TAR
Tar komandası vasitəsilə bir və ya neçə faylı arxivləşdirmək olur. Lakin faylı tar’layanda həcmi kiçilmir (sıxılmır). Sıxmaq üçün isə zip, gzip, bzip2 kimi komandalardan istifadə olunur.
Ümumi komandanın yazılışı belədir:
#tar –cvf “arxivdən sonrakı ad” “arxivlənəcək fayl”
#tar –cvf test.txt.tar test.txt
Arxivlədiyimiz faylı açmaq üçün “x” komandasından istifadə edirik
#tar –xvf test.txt.tar
Əgər faylı həm tar’layıb, həm də sıxmaq (gzip ilə və bzip2 ilə) istəyiriksə onda;
#tar –czf test.txt.tar.gz test.txt “(gzip ilə)”
#tar –cjf test.txt.tar.bz2 test.txt “(bzip2 ilə)”
Faylların genişləməsini (extension) “tar.gz” əvəzinə “tgz” və “tar.bz2” əvəzinə isə “tbz2” kimi də göstərə bilərik.
#tar –czf test.txt.tgz test.txt
#tar –cjf test.txt.tbz2 test.txt
Sıxılmış faylları birbaşa həm gzipdən (bzip2) həmdə tar’dan çıxartmaq üçün
#tar -xzvf test.txt.tgz
#tar -xjvf test.txt.tbz2
komandalarından istifadə olunur.
İndi isə birdən çox faylı necə tar’layıb və zipləmək olar ona baxaq:
touch komandası vasitəsilə yeni technet faylı düzəldirik
#touch technet
İndi bizə lazımdır həm technet faylını, həmdə test.txt faylını bir fayl edib sıxaq.
#tar -czf technet.tgz test.txt technet
Beləcə iki müxtəlif faylı birləşdirib, sıxıb bir ədəd technet.tgz faylı düzəltdik.
-Split
Split komandası vasitəsilə böyük faylları kiçik hissələrə bölmək olur. Komandanın ümumi yazılışı belədir
#split –b 250m test test_
Aşağıdakı şəkildə baxaq. Bizim 3 ədəd faylımız var (test1, test2, test3). Bunları ilk növbədə tar’layıb, birləşdirib technet.tar adlı bir fayl edirik. Sonra onu split komandası ilə 300mb’lıq hissələrə bölürük.
#split –b 300m technet.tar technet.tar_
Burada “technet.tar” bölünəcək faylın adıdır, “technet.tar_” isə yeni yaranacaq parçaların adıdır. Burada “technet.tar_” yerinə istənilən söz yazıla bilər. Bizim 1.4Gb’lıq faylımız 300mb’lıq 5 parçaya bölünmüş oldu. İndi isə onları birləşdirək.
#cat technet.tar_a* > test.tar
Bir başqa məqalədə görüşmək ümüdilə.
Aydın Əliyev