TEXNOLOGİYA AZƏRBAYCAN (TECHNET AZERBAİJAN)

Könüllü mütəxəssislərdən ibarət olan qrupumuz işə 2012-ci ilin avqust ayında başlayıb. Sıralarımızdakı mütəxəssislərin əksəriyyəti dünya səviyyəsində tanınmış Microsoft, RedHat, Vmware, CISCO, HP və s. kimi vendorların məhsulları üzrə geniş bilik və təcrübəyə malikdirlər.

MƏQSƏDİMİZ

  • İKT sahəsi üzrə təcrübəli mütəxəssisləri və bu sahəyə yeni qədəm qoyan gəncləri bir platformada birləşdirmək
  • Azərbaycan dilində vahid İKT İnformasiya bazası formalaşdırılmaq
  • Azərbaycanda İKT sahəsində olan informasiya çatışmazlığını aradan qaldırmaq
  • Gənc nəslin İKT üzrə biliklərinin təkmilləşməsinə dəstək vermək

GÖRDÜYÜMÜZ İŞLƏR

İndiyə qədər İKT sahəsi üzrə ana dilimizdə altı yüzə yaxın texniki məqalə və bir ədəd E-kitab yazmış, iyirmiyə yaxın texniki və iki tam laboratoriya əsaslı seminar təşkil etmiş və bir sual-cavab layihəsi həyata keçirmişik. “Microsoft Azərbaycan”ın dəstəyi ilə  “Windows 8 ƏS”-nin Azərbaycan dilinə tərcüməsində texniki sözlərin bir hissəsini yenidən tərcümə etmişik. Sosial şəbəkə və Forum üzərində minlərlə texniki problemin həllinə dəstək vermişik.

QRUPU YARADAN və İDARƏ EDƏNLƏR

Təsisçi: Elgüc Yusifbəyli

İşçi Qrupu: Ağa Hüseynov, Araz Əyyubov, Elvin Əmirov, Elxan Əliyev, Elgüc Yusifbəyli, Fərhad Kərimov, Fərid Səmədov, Turqut Vəliyev, Tural Məmmədov, Rizvan Bayramov, Röyal Əmrahov, Şəhriyar Rzayev, Kənan Əkpərov

Köməkçi Heyət: Elmir Etibaroğlu, Vüsal Məstəliyev, Xatuna Mahmudlu, Əmin Hüseynzadə, Leyla Əliyeva

Qrupumuz daxilində tam sərbəst idarəetmə və liderlik sistemi mövcuddur. İstər fərd, istərsə də komanda olaraq heç bir quruma tabe deyilik.
Biliklərinizi təkmilləşdirmək, ana dilində informasiya resurslarını genişləndirmək, İKT sektoruna yeni qədəm qoymuş gəncləri maarifləndirmək, birlikdə güclənmək, yüksəlmək istəyiniz varsa, hər zaman Qrupumuza müraciət edə bilərsiniz ve sizləri öz aramızda görməkdən çox məmnun olarıq.

MADDİ / MƏNƏVİ DƏSTƏK:
AVROMED COMPANY MMC: 2013-cü ilin yanvar ayından etibarən Qrupumuz üçün xərclərin bir qismi və “TechNet.Az” portalının üçüncü versiyasının hazırlanmasının bütün xərcləri “AVROMED” şirkəti tərəfindən qarşılanmışdır.
DISCOVERY AZERBAIJAN MAGAZINE: Elmi kütləvi jurnalın 14-cü saydan etibarən hər buraxılışda, jurnalın arxa üz qabığında “TechNet.Az”ın reklamı verilir.
MICROSOFT: Bu günə qədər təqdim etdiyimiz seminar xərclərinin bir qismi “MİCROSOFT”-un Azərbaycandakı təmsilçiliyi tərəfindən qarşılanmışdır.
HEWLETT PACKARD: Təqdim etmiş olduğumuz seminar qurğularının bir qismi “HP”-nin Azərbaycandakı təmsilçiliyi tərəfindən qarşılanmışdır.
MEDİAFORUM: Təşkil edilmiş seminarların  bir qisminə media /reklam dəstəyi “MEDİAFORUM” İnformasiya Agentliyi öz üzərinə götürmüşdür.
APA HOLDİNG: Keçirdiyimiz seminarların  bir qismi üçün media/reklam dəstəyi “APA HOLDING” öz üzərinə götürmüşdür.
Bizi daima dəstəkləyən hər bir qurumun rəhbərliyinə və mütəxəssislərinə dərin minnətdarlığımızı bildiririk.

MÜƏLLİFLİK HÜQUQLARI:
Saytımızda yerləşdirilmiş məlumatlardan istifadə edildikdə informasiya mənbəyi olaraq “TechNet.Az” saytına istinad edilməsi və saytın ünvanının (www.technet.az) göstərilməsi vacibdir.

BİZİMLƏ ƏLAQƏ:

Qrupumza dəstək olmaq üçün:
Irad və təklifləriniz üçün:  
Məqalə göndərmək üçün :