Wifi Internetin Tənzimlənməsi

Salam. Birinci dəfə Wi-Fi-ə daxil olanda  belə bir şey gəlir :

Bu yuxarda 3 dənə olan nədi ? Hansı seçilməlidi ? Birdəki aşağıdakına quş qoyulmalıdı yoxsa yox? Orda nə bildirilir ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 5057 dəfə

Cavablar ( 4 )

  1. Salam,

    Bu pəncərə ilk və ya hər  dəfə şəbəkəyə qoşulan zaman çıxır. Burada göstərilmiş  “Ev” “Office” və ya “İctimai” yerlər  yerləşdiyiniz yerə əsasən sizə təklif olunan ilkin təhlükəsizlik ayarlarıdır. Yəni siz evdə olarkan “Ev” bölməsini, ofisdə olarkən “Ofis” bölməsini və ictimai yerdə olarkən “Public” bölməsini seçməyinizi məsləhət görür. Seçdiyiniz bölmələrə əsasən kopüterinizdəki təhlükəsizlik ayarları tənzimlənir. Məsələn Ev və Ofisdə olarkən  təhlükəsizlik ayarları eyni qalır yəni daxili şəbəkədə kompüterin local resursları (file və folder) əlçatan olur. Lakin ictimai yelərdə məsləhət olunur ki, “Public” bölümünü seçəsiniz. Ona görə ki, bu halda kompüterin daxili resursları kənara çıxışı bağlı halda olacaqdır ki, 3-cü şəxslərin kompüterdə  “share” olunmuş  resursların görmələrinin qarşısını alır.

    • Cox sagolun. Amma tam basa duwme bilmedim. Uzurlu sayin. Xayis edirem biraz aydin formada melumat verseydiniz. Bezi cumlererinizi bawa duwmedim. Xayis edirem bu movzunu biraz mene etrafli bawa salasiniz. Mene cox lazim idi. Tez-tez qarwima cixan meseledi ona gore. Birdeki Wekilde goruduyunuz kimi. En alta quwu qoyub ve yaxud goturmek olur. Orda ne deyir? quwa qoymaq lazimdir yoxsa yox?

      • Salam, bu bölmələr sizin kompyuterinizdəki faylları eyni wifiyə qoşulmuş başqa istifadəçilərin görüb-görməməsi kimi başa düşə bilərsiz, sadə olaraq desək. 3cü bölmədən istifadə eləsəniz digər itifadəçilər sizin kompyuterinizdə olan fayllara çata bilməyəcəklər, daha güvənilir seçimdi bu yəni. Alt hissədəki quş qoymaq məsələsi də hərdəfə bu seçimlərin gəlib gəlməməsini soruşur sadəcə. Onu işarələsəniz həmin wifiyə qoşulanda bu seçimlər bir də gəlməyəcək. Uğurlar

Cavab yazın