CredSSP Encryption Oracle Remediation xətası

Salam Dostlar! Uzaqdan (RDP) bağlantı zamanı aşağıdakı xətanı alırsınızsa, bu o deməkdir ki, istifadəçi kompüterində və qoşulmaq istədiyiniz serverin birində may ayının update-ləri yüklənməyib. Əgər hər iki tərəfdə son update-lər yüklənsə bu problemi yaşamayacaqsınız.

Qoşulmaq istədiyiniz server virtualdırsa,  platforma üzərindən serverə daxil olub, aşağıdakı şəkildə qırmızı ilə işarə olunan yerdən seçimi ləğv etsəniz, RDP ilə qoşula biləcəksiniz.

Deyəlim ki, qoşulmaq istədyiniz server fizikidir və heç cür serverin yanına yaxınlaşa bilmirsiniz. Bu zaman group policy üzərində aşağıdakı dəyişiklikləri edib, serverə RDP ilə bağlana bilərsiniz:

Computer Configuration >> Administrative Templates >> System >> Credentials Delegation >> Encryption Oracle Remediation

Burada isə “Protection Level” olaraq “Vulnerable” seçirik.

 

GPO ilə etdiyimiz Microsoft tərəfindən məsləhət görülmür. Daha yaxşı olardı ki, istifadəçi kompüteri və serveri update edəsiniz.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Yazar: rhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın