Eyni port nömrəsini 1 neçə proqram üçün yönləndirmək
Salam əziz dostlar. Mənə belə bir sual verilib ki, bizim 1 public ip-miz var. Kənar yerdən internet üzərindən 3 proqramımız varki eyni port nömrəsi istifadə edir. Daxili şəbəkədə 3 serverimiz var hansılar ki, hər biri üzərində 1 proqram işləyir. Biz necəsə edə bilərik ki, bu proqramlar eyni port nömrəsi istifadə etmələrinə baxmayaraq hər birini düzgün serverə yönləndirə bilək. Bunu router və ya firewall üzərindən etmək olarmı?
Baxılıb: 3025 dəfə
Cavablar ( 4 )
Internet üzərindən fərqli portlar istifadə etməyə icazə yoxdur?
Məsələn, hər bir server üçün https://x.x.x.x:2001, https://x.x.x.x:2002 və https://x.x.x.x:2003 işlətmək mümkündürsə, hər bir portu firewall üzərindən bir serverə yönləndirmək olar.
eyni port nömrəsi ilə etmək lazımdir
Eyni portla ancag 3 ədəd static İP üzərindən etməy olar. Ancag bu çox məsrəfli olar. Ən yaxşısı portları dəyişib bir ədəd static-lə qoşmaqdır.
Reverse proxy etmek en meqsede uyqun variantdi