Mütəxəssis anlayışı
İT-nin günümüzdəki rolu
Salam əziz dostlar. Məqalə IT-yə yeni başlayanlar və başlamaq istəyənlər üçün nəzərdə tutulmuşdur.
Artıq necə ildir ki sevdiyim sahədə çalışıram. Elə bir peşə seçmək lazımdır ki, bezdirici yox sevdirici olsun. Hər dəfəsində insana zövq verə bilsin.
Bildiyimiz kimi IT günümüzdə inkişaf etmiş və sürətlə inkişaf etməkdədir. Zamanı və məkanı əlində cəm etmiş bir sahədir. Günümüzdə IT-si olmayan bir qurum demək olar ki çox azdır. Texnologiya dünyaya inteqrasiya edib. İnteqrasiya etməklə yanaşı güclü mütəxəssislərədə ehtiyac duyulur. IT inkişafını onu inkişaf etdirmiş mütəxəssislərə borcludur. Gecə yatmayıb yuxulu-yuxusuz halda öyrənməyi dayandırmayan, öz üzərində çalışanlar – günümüzdə mütəxəssis deyendə onlar yada düşür.
İşini mükəmməlliklə bilən, öyrətməyə və hər zaman öyrənməyə meyilli olan insana mütəxəssis deyilir.
Mənim gözüm və fikrimdə bir mütəxəssis sözün yaxşı mənasında “Pathfinder”olmalıdır.
Hər zaman demişəm mütəxəssis anlayışı bir şöbənin müdiri anlayışından üstündür. Söhbət vəzifədən getmir. Söhbət işini mükəmməl bilən ona hər zaman ehtiyac duyulan işcidən gedir. Təbii ki, müdirdə çalışdığı şirkətin fəaliyyət sahəsinə uyğun olaraq işinin peşəkarı olaraq vəzifəyə layiq bilinmiş hər hansı bir peşənin mütəxəssisdir. (Şəxsi fikrimdir)
Müdir IT-nin işini görə bilməz, amma IT müdirin işini görə bilər .
Reallıq ondan ibarətdir ki, bir çox peşə sahibləri IT qədər çox oxuyub, çox çalışmır. Bayaqda dediyim kimi bizlər hər zaman öyrənməyə meyilli olan, gecə-gündüz üzərimizdə çalışan IT mütəxəssislərik.
Sahəmizin inkişafı bizlərdən, bizim inkişafımızda səylərimizdən aslıdır.
İstər Helpdesk olsun, istər SysAdmin, istər NetAdmin, Bİ, DBA, Devolper və s. hamısının işlərini peşəkarcasına bilməsi onlara mütəxəssis adı qazandırır.
Cəmiyyətin IT əməkdaşa olan fikirləridə fərqlidir. IT Stuffı hər zaman üst bilimli insan kimi görürlər.
İş yerində, dostlar, qohumlar arasında sizə olan baxış açısı fərqli olur, bəzən sizi bezdirədə bilərlər. Filan-filan yaxşı işləmir nədən olar və s. Qonaq gedərsiz az keçməz hər kəsin IT yarası yadına düşər, sizi görər-görməz birdə baxarsınız ki, komputerləri qarşınıza yığıblar düzəlt deyə/ İşdən sonrakı yorğunluğun üzərinə birdə yaxınların “tapşırıq”ları.
Bunlar hər biri işimizin gözəllikləridir, heç bir çəkilən zəhmət hədərə gedir deyə bir sey yoxdur.
Mütəxəssis bir gəmidirsə, onunçün hər bir dalğa uyğundur.
Məqsədli şəkildə çalışmaq,istədiyimiz səviyyəyə çatmaq üçün istədiyimizin istədiyini vermək lazımdır.
İstədiyimizin istədiyi nədir?
1) Az yatmaq;
2) Tənbəlliyin daşını atıb çalışmaq;
3) Vaxt itkisi – oyun oynamaqdan uzaq olmaq;
4) Cədvəl yaradıb planlı çalışmaq;
5) Tapşırıqların üzərində işləmək;
6) Hər gün çatmaq istədiyi səviyyənin xəyalını qurmaq.
Qeyd: Məqsədyönlü olub və məqsədlərinin xəyalını qurmaq, onu hiss edib özünü həmin səviyyədə görmək insana cəsarətli olmaq üçün təkan verir.
Siz işinizi mütəxəssis (mükəmməl) şəkildə bilsəniz, sizi seçməkdən əlavə, seçimi bir başa sizin öhdənizə buraxacaqlar.
Hələlik bu qədər, növbəti məqalədə görüşmək üzrə.
Uğurlar!
Şərhlər ( 1 )
Qərib bəy, məqalə üçün təşəkkürlər.
P.S. Zəhmət olmasa, qeydiyyatda istifadə etdiyiniz mailin doğruluğunu yoxlayın. Sizə məktub yazmaq olmur.
Uğurlar.