TP-Link modemdə port açmaq

Salam! Sizə sualım çox sadə olub amma çox istifadəçinin öhdəsindən gələ bilmədiyi problemlərdən biridir.

Sualım belədir:

Məndə evdə 1mb/s sürətli Nakhinternet provayderinin (Naxçıvan MR daxilində) kabel internetidir. TP-LİNK modemnən istidafə edirəm. Və provayderim mənə, hamıya olduğu kimi dinamik İP verir. Probmelim ondan ibarətdir ki, Port forwarding edə bilmirəm. (port açmaq). Daha doğrusu NAT menusundan İnternetdəki xarici tutoriallardan baxıb edirəm. Ancaq portu lazımi proqramla dinləyib və “Port açıqdırmı” yoxlayan saytlardan yoxlayıram (məs: yougetsignal.com) həmişə bağlı görsənir.

Xüsusi qeyd: Eyni tipli modmlə 2 başqa yaşadığım ölkədə bildiyim yolla port açdım, dinlədim işlədi. Mənim qənaətimə görə ya Statik İP lazımdı, yada provayder icazə vermir portun açılmasına.

Buna konkret olaraq həll tapmaq və sizində qarşınıza çıxıbdırsa birlikdə həll tapaq deyə bu sualla sizi narahat etdim.

Hörmətlə Anar….

 

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 5121 dəfə

Cavablar ( 5 )

  1. Salam  sizin dediyinizə əsasən siz hər bir şeyi düz edirsiz lakin bir problem var ki, Provayder sizə statik yox Dynamic İP verir və bu cür ip lər port yönləndirmə çalışmır siz bunu DynamicDNS vasitəsilə edə bilərsiz məsələn NOİP sayti və sayrə demək bunu etmək üçün ilk öncə qeydiyyatdan keçirsiz həmin saytlardan birində və dns adı alırsız qeydiyyat zamanı istafədə etdiyiniz Login və Parolu modeminizdə qeyd edirsiz və aldığınız dns adında yaza bilərsiz və ən əsası modemdə göstərilən DDNS servizlərində  istifadə edin ki modem onu dəstəkləsin noip dəstəkləyir çox modem vəsallam bunun ən asan sadə həlli budur..

    • dyndns.com-dan dynamicdns alanda portlar yenə bağlı qalır axı bildiyim qeder.Çünki dynamicdns sadəcə ip yönəltmək üçün istifadə olunur.Əgər ip-də portlar provayder tərəfdən bağlıdırsa effekti olmuyacağ.Ona görə dynamicdns ancağ sazz modemlərə qoşuram olarda portlar açığdır

      • Şəmsi bəy, sizinlə tam razıyam! Natiq bəyin dediyi kimi 2 ayrı PC da yoxladım, həm kabel həmdə WIFI üstündən. Alınmadı… Bu ayın axrı Statik İP verəcəklər (Aylıq 5AZN) görək, ondada bu cür problemlər yaranacaqmı?)

    • Əliyev Anar / . Dərc edilib:A 26/10/2017 at 10:29 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Mən DuckDNS və NO-iP dan birbaşa öz proqramları vasitəsi ilə istifadə edirdim. Aancaq alınmırdı. bu dəfə Tp-link modemin menusunda DDNS (səhv etmirəmsə) menusu var. ordan edim. əlavə sualım olsa burda yazaram. Cavabınıza və dəqqətinizə görə təşəkkürlər!

  2. Anar bəy işləyəcək.Çünki bütün provayderlər portları qapalı edir sazz istisna.Əgər statik ip üçün əlavə aylıq ödəyirsizsə avtomatik portlarnızda aktiv olur

Cavab yazın